Accessibility links

Donald Tramp inaqurasiyaya hazırlaşır [Video]


Donald Tramp inaqurasiyaya hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

ABŞ-ın növbəti prezidentinin inaqurasiyasına bir neçə gün qamış, Donald Trampın keçid komandası onun 45-ci prezident kimi and içməsinə hazırlıqlar görür.

Donald Tramp: “Mən hər bir vətəndaşın, bütün amerikalıların prezidenti olacam və bu, mənim üçün çox mühümdür.”

Amerika demokratiyasının əsas amillərindən biri hakimiyyətin dinc şəkildə bir ali komandandan digərinə ötürülməsidir.

Tramp prezident Obama ilə Ağ Ev görüşü zamanı irəliyə dorğu yolda əməkdaşlığa vədi əldə edib.

Barak Obama: “Sizin müvəffəq olmağınız üçün heç nəyi əsirgəmirik. Sizin müvəffəqiyyətiniz ölkənin müvəffəqiyyətidir.”

Donald Tramp: “Cənab prezident sizinlə görüş mənim üçün şərəfir. Gələcəkdə daha çox görüşlər keçirməyi səbirsizliklə gözləyirəm.”

Hazırkı və gələcək administrasiyalar arasında keçid prosesi asan deyil.

Lakin proses Trampın ştatbaştat gəzib, təşəkkür tədbirləri keçirməsinə mane olmayıb.

Donald Tramp: “Deyirlər ki, prezident yürüşlər keçirməməlidir. Amma nən düşünürəm ki, keçirməliyik. Elə deyilmi?"

O, bir neçə kabinet üzvünın-ExxonMobil-in icraçı direktoru Reks Tillersonu dövlət katibi vəzifəsinə, Goldman Sachsın sabiq icraçı direktoru Stiven Myuçini maliyyə naziri vəzifəsinə nominasiya etməklə ənənələri də pozub.

Və Trampın məşhur dəsti-xətti, kəskin ifadələrlə Tvitter hesabındakı statusları. Kəşfiyyat orqanlarının Rusiyanın seçki sisteminə müdaxiləsinə dair hesabatlarına baxmayaraq, prezidet Putinin təriflənməsi kimi.

Ekspertlərin fikrincə, kabinetə nominasiyalarla bağlı Senatda dinləmələr keçirilməsi də daxil edilməklə, baş tutan qeyri-müəyyən keçid prosesinə baxmayaraq, yeni administrasiya bu ay hakimiyyəti ələ almağa hazırdır.

Prezidentlərin keçid Mərkəzinin direktoru Devid Eqles: “Növbəti prezidentin misilsiz əməllərinin şahidi olduq. Xüsusilə də seçimlərində. Lakin bu, müvəffəqiyyətin ölçüsü demək deyil. Prezident komandasını inaqurasiya günü əzmkar və irəliləyişə hazır görməlidir.”

İndi bütün diqqətlər prezidentin and içəcəyi ölkə paytaxtına yönəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG