Accessibility links

ABŞ rəsmiləri Trampın dinləmə iddiası ilə bağlı ifadə verəcək


FBI direktoru Ceyms Komi və Milli Təhlükəsizlik agentlyinin rəhbəri admiral Maykl Rocers direktoru Senatda dinləmə zamanı
FBI direktoru Ceyms Komi və Milli Təhlükəsizlik agentlyinin rəhbəri admiral Maykl Rocers direktoru Senatda dinləmə zamanı

ABŞ administrasiyasının iki yüksək səviyyəli rəsmisi prezident Donald Trampın keçmiş prezident Barak Obamanın onun keçən il seçkilərdən öncə danışıqlarının dinlənilməsi haqda sübuta yetirilmiş iddiaları ilə bağlı Konqesdə ifadə verəcək.

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komi və Milli Təhlükəsizlik agentlyinin rəhbəri admiral Maykl Rocers dinlənilmə baş versə idi, çox güman ki bundan xəbərdar olardılar. Komi və Rocers bazar ertəsi günü Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində qanunvericilərin suallarını cavablandıracaq.

Tramp artıq ikinci həftədir martın 4-də Tvitter səhifəsində dinlənilmə haqda irəli sürdüyü iddialardan geri çəkilmir. Nümayəndələr Palatasının spikeri Pol Rayan və Kəşfiyyat komitəsində nüfuzlu respublikaçı və demokrat qanunvericilər bu iddiaları təsdiq edəcək dəlillərin olmadığını bildiriblər.

Nə Komi, nə də Rocers prezidentin iddiaları ilə bağlı ictimaiyyətə açıqlama verməyib. Lakin FBI direktoru kimi Komi agentliyə nəzarət edən Ədliyyə nazirliyinin Trampın iddiaları irəli sürməsindən onları rədd etməsinə çalışırdı. Bununla belə nazirlik iddialarla bağlı heç bir bəyanat verməyib.

Ədliyyə nazirliyinin rəhbəri və Trampı seçki kampaniyası dövrü dəstəkləyən Ceff Seşşins keçən həftə bildirib ki, prezident noyabrda seçkiyə qədər danışıqlarının dinlənildiyinə inanmaq üçün ona heç bir əsas verməyib.

Ağ Evin sözçüsü Şon Spayser
Ağ Evin sözçüsü Şon Spayser

Ağ Evin mətbuat katibi Şon Spayser bir neçə gün bundan əvvəl Fox News tele kanalında şərhlərlə çıxış edən hüquqşünas Endrü Napolitanonun bəyanatına istinadən edərək, dinlənilmənin Britaniya agentləri tərəfindən keçirildiyini bildirib. Britaniyanın elektron kəşfiyyat agentliyi GCHQ bəyanatın "tamamilə mənasız" olduğunu bildirərək, ona əhəmiyyət verməməli olunduğunu qeyd edib. Cümə günü mətbuat konfransı zamanı Tramp bununla bağlı sual verildikdə o, dinlənilmə ilə bağlı iddiaların Britaniya ilə əlaqələndirilməsinə görə heç kəsi günanlandırmayıb.

Bizdə olan məlumatlara əsasən, Tramp qülləsinin Birləşmiş Ştatlar hökumətinin hər hansı bir orqanı tərəfindən 2016-cı il seçkilərinə qədər və sonra izləmə obyekti olduğuna dair heç bir işarə yoxdur
Senatorlar Riçard Burr və Mark Uorner

"Hər halda arada ümumi nəsə var"-deyə Tramp Almaniya kansleri Merkellə birgə mətbuat konfransında onun telefon danışıqlarının Obama administrasiyası tərəfindən dinlənildiyinə işarə edərək bildirib.

"Bizim elədiyimiz iş odur ki çox istedadlı bir hüquqşünasa istina etmişik. Siz mənimlə danışmalı deyilsiniz, Fox-la danışmalısınız"-deyə Tramp Obamanın dinlənilmə üçün Britaniya hökumətini cəlb etdiyi haqda şəhlərə cavab olaraq bildirib.

Fox News tele kanalı bundan bir qədər bildirib: "Fox News tele kanalı hakim Napolitanonun iddialarını təsdiq edə bilmir. Fox News Birləşmiş Ştatların hazırkı prezidentinin gizli dinlənilmə obyekti olduğunu təsdiq edəcək hər hansı bir məlumat malik deyil."

Senatın Kəşfiyyat komitəsinin liderləri, respublikaçı Riçard Burr və demokrat Mark Uorner bir neçə gün bundan əvvəl birgə bəyanatda bildiriblər: "Bizdə olan məlumatlara əsasən, Tramp qülləsinin Birləşmiş Ştatlar hökumətinin hər hansı bir orqanı tərəfindən 2016-cı il seçkilərinə qədər və sonra izləmə obyekti olduğuna dair heç bir işarə yoxdur."

Telefon danışıqlarının dinlənilməsi ilə bağlı iddilar Konqresin ABŞ kəşfiyyat orqanlarının Rusiyanın prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı çıxardığı nəticələr və Trampın kampaniya üzvlərinin Rusiya rəsmiləri ilə noyabr seçkilərindən öncə və sonrakı kontaktlarına dair apardığı təhqiqatın bir hissəsi olaraq araşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG