Accessibility links

Trampın kabinet üzvlüyünə namizədləri ilə arasında fikir ayrılıqları mövcuddur [Video]


Donald Trampın kabinetinə seçdiyi namizədlər Rusiyadan tutmuş İran, ticarət və nüvə silahlarıının yayılması kimi bir çox məsələdə növbəti ABŞ prezidentindən kəskin şəkildə fərqli mövqelərə sahibdirlər. Bu fikir ayrılıqlarının çoxu Trampın Ağ Ev uğrunda mübarizə zamanı dilə gətirdiyi əsas məsələlərə əsaslanır.

Seçki kampaniyası zamanı şahid olduğumuz kimi, Donald Trampın komandası daxilində fikir ayrılıqlarına qarşı dözümlülüyü yoxdur. Ona görə də, məncə, bu vəziyyət onun üçün böyük çətinlik yaradacaq.

Donald Trampın əsas kampaniya vədlərindən biri – qanunsuz mühacirətə son qoymaq məqsədilə ABŞ-Meksika sərhədində divarın inşa edilməsi idi.

Amma onun milli təhlükəsizlik naziri vəzifəsinə nominasiya etdiyi təqaüdə çıxmış dəniz donanmasının generalı Con Kelli ilə bağlı dinləmə zamanı general Kelli bu məsələdə gələcək başçısı kimi sərt mövqe sərgiləməyib.

“Fiziki əngəl problemi həll etməyəcək”, deyə o bildirib.

Trampın bir digər məqsədi də Rusiya ilə daha yaxın münasibət qurmaq idi.

Donald Tramp: “Bizim Rusiya və digər ölkələrlə daha yaxşı münasibətimiz olsa və birlikdə biz İŞİD-i məğlub etsək daha yaxşı olmazmı?”

Onun müdafiə naziri olaraq seçdiyi Ceyms Mattis isə Rusiyanı Amerikanın üç əsas düşmənindən biri adlandırıb.

“Fikrimcə, hazırda biz cənab Putinlə olan problemi və onun Şimali Atlantik tərəfdaşlığını dağıtmaq istədiyini dərk etməliyik”, Mattis bildirib.

Donald Tramp və Ceyms Mattis
Donald Tramp və Ceyms Mattis

Təqsirləndirilən terrorçulara işgəncə verməkdən tutmuş… Trans-Sakit Okean Tərəfdaşlığına kimi bir çox məsələdə Trampın kabinet üzvlüyünə nominasiya etdiyi namizədlər ondan fərqli mövqe tuturlar.

Bəs Tramp administrasiyası hakimiyyətə gələndən sonra bunun nəticəsi nə ola bilər? Brukinqs İnstitutundan Con Hudak bu “rəqiblər komandası” yanaşmasının nəticə verib-verməyəcəyini sual edir.

“Seçki kampaniyası zamanı şahid olduğumuz kimi, Donald Trampın komandası daxilində fikir ayrılıqlarına qarşı dözümlülüyü yoxdur. Ona görə də, məncə, bu vəziyyət onun üçün böyük çətinlik yaradacaq", deyə Hudak bildirir.

Lakin elə görünür ki, ən çox etimad göstərdiyi müşavirlərinin fərqli fikirlərinin olması Trampı hələ ki, narahat etmir.

“Mən onlara dedim ki, sərbəst olun və istədiyiniz deyin. Mənə görə narahat olmayın”, Tramp deyib.

Bu həftə Senatda Trampın kabinet üzvlüyünə nominasyə etdiyi şəxslərin təsdiqi üzərində səs vermə keçiriləcək.

XS
SM
MD
LG