Accessibility links

Trampın kampaniya rəhbəri istefa verib


Manafortun rolu Trampın kampaniya yeni icraçı rəhbər təyin etməsi ilə azalmışdı

Prezidentliyə respublikaçı namizəd Donald Trampın seçki kampaniyasının rəhbəri Pol Manafortun istefa verdiyi açıqlanıb.

Manafortun kampaniyada rolu bu həftə Trampın kampaniyaya yeni icraçı rəhbər təyin etməsi ilə azalmışdı. Kampaniya menecerləri bu təyinatla Trampın azalan reytinqini bərpa etmək niyyətindədirlər. Manafort həmçinin, Rusiya tərəfdarı sabiq Ukrayna prezidenti Viktor Yanukoviçə işləməsi və ondan gizli olaraq milyonlarla dollar pul alması iddiası ilə medianın diqqət mərkəzində idi. Manafort hər hansı qeyri-rəsmi pul iddialarını rədd etmişdi.

Kampaniya Manafortun istefa verdiyini və Trampın istefanı qəbul etdiyini açıqlayıb. Tramp istefasını qəbul etməzdən öncə Manaforta respublikaçıların qurultayında göstərdiyi köməyə görə təşəkkür edib və onu “əsl peşəkar” adlandırıb.

XS
SM
MD
LG