Accessibility links

Donald Trampın seçki kampaniyası yenidən gündəmə gələrək özünü müdafiə mövqeyinə qoyub. Bu dəfə mövzu Tramp kampaniyasının meneceri Pol Manarfort və Ukraynanın Rusiyapərəst sabiq prezidenti arasındakı əlaqələrin detallarına dair araşdırmadır.

The New York Times qəzetinin dərc etdiyi araşdırma Ukraynada Manaforta 12.7 milyon dollar nəğd pul verilməsini göstərən hesabat gündəliyini üzə çıxarıb.

Trampın kampaniya meneceri Manafort 2014-cü ildə Rusiya tərəfdarı prezident hakimiyyətdən devrilməmişdən əvvəl uzun illər prezident Viktor Yanukoviç və onun Regionlar Partiyasının konsultantı kimi çalışıb.

Trampın kampaniya meneceri Manafort 2014-cü ildə Rusiya tərəfdarı prezident hakimiyyətdən devrilməmişdən əvvəl uzun illər prezident Viktor Yanukoviç və onun Regionlar Partiyasının konsultantı kimi çalışıb.

Times-ın məlumatına görə, ukraynalı təhqiqatçılar Manafortun gündəlikdə göstərilən məbləği əldə edib-etməməsi barədə məlumatlı olmasa da, inanırlar ki, onlar "qeyri-qanuni maliyyə sisteminin" tərkib hissəsidirlər.

Manafort təkzib edir

Manafort Ukraynada çalışarkən nəğd maliyyə əldə etməsini təkzib edib. MNSBC bildirir ki, o, açıqladığı bəyanatda ittihamları "əsassız, axmaq və mənasız" adlandırıb.

Pol Manafort

Pol Manafort

"Mən heç zaman New York Times -ın bildirdiyi kimi qanundan kənar maliyyə əldə etməmişəm. Mən hətta heç zaman Ukrayna və Rusiya hökumətinə də çalışmamışam" - deyə Manafort bildirib.

Bir neçə mübahisəli əcnəbi liderlə işləmiş Manafort ""əcnəbi kampaniya"da "kampaniya professionalı" kimi çalışdığını və Ukraynadakı fəaliyyətini 2014-cü ildə başa vurduğunu etiraf edib

Trampın rəqibi Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun kampaniyası bu iddiaların Trampın Rusiyapərəst bağlantılarını təsdiq etdiyini dilə gətirib.

XS
SM
MD
LG