Accessibility links

Trampın davranışı Respublikaçılar partiyasında parçalanmaya səbəb olub [Video]


Trampın davranışı Respublikaçılar partiyasında parçalanmaya səbəb olub
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Mübahisəli və gərgin prezidentlik debatından bir gün sonra respublikaçılar arasında Donald Trampın Ağ Evə namizədliyini dəstəkləyib-dəstəkləməmək məsələsində fikir ayrılıqları qalır. Trampın tərəfdarları bazar günü keçirilən debatda onun Demokrat partiyasından namizəd Hillari Klintona aqressiv hücumlarını razılıqla qarşılayıb. Lakin Nümayəndələr Palatasının spikeri Pol Rayan Konqresdə respublikaçılara Trampın kampaniyasında bundan sonra iştirak etməyəcəyini deyib.

Debatdan bir gün sonra Donald Tramp Pensilvaniya ştatında kampaniyasını davam etdirib və tərəfdarlarına bildirib ki, qarşıdan gələn seçki ölkəni xilas etmək üçün son imkandır.

Donald Tramp: “Bu, Brekzitə bənzəyir, görərsiniz. Biz müstəqilliyimizi geri istəyirik. Sərhədlərimizin möhkəm olmasını istəyirik. Biz Suriyadan insanların gəlməsini istəmirik. Biz onların kim olduğunu bilmirik, onların kim olduğu barədə heç bir fikrimiz yoxdur.”

Tampın qadınlar haqda 11 il əvvəl yazıya alınmış vulqar tonda söhbəti diqqətlərin ona yönəlməsinə səbəb olub.

Debat zamanı moderator Anderson Kuperin video lent haqda sualları Trampı özünü müdafiə vəziyyətinə qoyub.

Anderson Kuper: “Siz qadınlara seksual təcavüz etməklə lovğalanmısınız. Siz bunu başa düşürsünüzmü?”

Donald Tramp: “Xeyr, mən belə deməmişəm. Məncə, siz orda nə deyildiyini başa düşməmisiz. Bu soyunma otağında aparılmış bir söhbət idi. Mən bununla fəxr etmirəm. Ailəmdən üzr istəyirəm. Amerika xalqından üzr istəyirəm. Əminliklə, mən bununla fəxr etmirəm.”

Klinton Miçiqan ştatında seçki kampaniyasında Trampın debat vaxtı üzr istəmək cəhdlərinə münasibət bildirib.

Hillari Klinton: “O iki dəfə üzr istəyib ki, bu, sadəcə soyunma otağında bir söhbət idi. Baxın mən nə deyirəm. Amerikada qadınlar və kişilər başa düşür ki, bu, pis davranış və insanlarla pis rəftara görə zəif bir bəraət idi.”

Tramp Respublikaçılar partiyasını bölməyə davam edir. Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib ki, o seçki kampanyası müddətində artıq Trampı müdafiə etməyəcək.

Rayan bazar günü keçirilən debatdan əvvəl bildirib ki, onun hədəfi Konqresə nəzarətin Respublikaçıların əlində olmasına nail olmaqdır.

Pol Rayn: “Biz ideyalarımız haqda danışırıq. Biz həll yolları haqda danışırıq. Biz mühafizəkar prinsiplər haqda danışırıq.”

Aparılan yeni rəy sorğusuna görə Tramp haqda yayılan videodan sonra o, Klintondan 11 xal geridədir.

XS
SM
MD
LG