Accessibility links

Tramp və Klinton sonuncu üçüncü debatda qarşılaşacaq


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp və demokrat namizəd Hillari Klinton çərşənbə axşamı günü aralarında sonuncu üçüncü debatda qarşılaşacaq. Bundan öncə keçirilmiş debatı izləyən milyonlarla amerikalı namizədlərin müxtəlif məsələlərlə bağlı mövqeləri ilə tanış olmaq imkanı əldə edib.

ABŞ-ın ilk qadın prezidenti olmaq istəyən keçmiş dövlət katibi Klinton Nevada ştatında Las Veqasda keçiriləcək debata rəy sorğularına görə seçkili vəzifə uğrunda mübazirə aparan respublikaçı namizəd Donald Trampdan üstünlüklə çıxır. Bu, Trampın noyabrın 8-də seçkilərinə üç həftə qalmış Klintonun 7 faizlə üstünlüyünü azalda bilməsi üçün sonuncu imkanı kimi qiymətləndirilir.

Las Veqasda Nevada universitetində prezidentliyə namizədlər-Hillari Klinton və Donald Tramp arasında üçüncü debata son hazırlıqlar gedir
Las Veqasda Nevada universitetində prezidentliyə namizədlər-Hillari Klinton və Donald Tramp arasında üçüncü debata son hazırlıqlar gedir

Tramp və Klinton bir-birini yanvar ayında prezident Barak Obamanın hakimiyyət müddəti bitdikdən sonra ölkənin 45-ci prezidenti vəzifəsinə layiq olmayan namizəd adlandırıb. Debatın aparıcısı Fox televiziyasının jurnalisti Kris Vallas Tramp və Klintona altı mövzu ilə bağlı suallar verəcək. Bunlar mühacirət, amerikalıların sosial təminatı, ölkənin uzun müddətli borcu, Ali Məhkəməyə təyinatlar, iqtisadiyyat, xarici siyasət və hər bir namizədin prezident vəzifəsinə uyğun olub-olmaması kimi suallardan ibarətdir. Namizədlərin hər birinin suala və başqa namizədə cavab üçün 2 dəqiqəsi olacaq. Bundan sonra Vallas növbəti sualı verəcək.

Tramp və Klinton bundan öncə artıq iki debatda iştirak edib. Rəy sorğuları Klintonun hər iki debatın qalibi olduğunu göstərir. Lakin təhlilçilər hesab edir ki, Trampın ikinci debat zamanı Klintona hücumlar edib, daha təmkinlə davranaraq daha yaxşı çıxış etməsi səslərini kimə verəcəyini müəyyənləşdirməyən və Klintona dəstək məsələsində qeyri-müəyyənlik göstərən seçicilərin səslərini ona verə bilməsinə gətirib çıxara bilər. ABŞ-ın bəzi ştatlarında artıq erkən səsvermə başlayıb.

XS
SM
MD
LG