Accessibility links

Milyarder Donald Tramp və sabiq dövlət katibi Hillari Klinton Nyu-Yorkda keçirilən ilkin seçkilərin qalibi olub.

Tramp səslərin 60 faizini əldə etməklə Ohayo qubernatoru Con Keysiki geridə qoyub. Keysik səslərin 15, Texas senatoru Ted Kruz isə 15 faizini əldə edib.

Demokratlar arasında isə Klinton Vermond senatoru Berni Sandersi məğlub edib.

ABŞ prezidentliyinə namizədlər partiyalarından nominasiya əldə etmək üçün nümayəndə qazanmağa çalışır.

Tramp Nyu-Yorkun 95 nümayəndəsini qazanmaqla onların sayını 845-ə çatdırıb. Kruz 559, Keysik isə 147 nümayəndəyə malikdir.

Respublikaçıların nominasiya üçün 1237 nüamyəndəyə ehtiyacı var.

Klinton indiyədək 1887, Sanders isə 1174 nümayəndənin dəstəyini əldə edib.

Namizədlərə nominasiya üçün 2383 nümayəndə lazımdır.

Show comments

XS
SM
MD
LG