Accessibility links

ABŞ prezidenti bu gün Konqres qarşısında ilk müraciətini edəcək. Ağ Evin bildirdiyinə görə, Donald Trampın müraciəti Rusiyanın seçkilərə müdaxiləsinə dair araşdırma aparılması çağırışlarına təsadüf edir.

Ağ Evin sözçüsü Saha Sanders ABC xəbər agentliyinə bildirib ki, Rusiyanın seçkilərə müdaxilə etmədiyinə dair nəticə əldə ediləcəyindən tam əminik. Respublikaçı lonqresmen darrel İssa demokratların bu çağırışına qoşulub.

Rusiyanın seçkilərə müdaxilə etmədiyinə dair nəticə əldə ediləcəyindən tam əminik

ABŞ milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn Tramp administrasiyasının rəsmilərinə Rusiya ilə əlaqələri barədə yanlış informasiya verməsi haqda mətbuatda məlumatlardan sonra vəzifəsindən istefa verib.

İstefa məktubunda Flinn o zaman vitse-prezident seçilmiş Mayk Pens və başqalarına Rusiyanın ABŞ-dakı səfiri ilə telefon danışıqları barədə təsadüfən natamam məlumat verdiyini yazıb.

Amerika kəşfiyyatının xüsusi hesabatında Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezident seçkilərini pozmağa və Donald Trampın seçilməsinə kömək etmək məqsədilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu presedenti olmayan bir şəkildə etibardan salmağa çalışdığı deyilib.

"Rusiyanın məqsədləri ABŞ-da demokratik prosesə ictimai inamı azaltmaq, dövlət katibi Klintonu ləkələmək və onun seçilməsinə mane olmaq olub"-deyə hesabatda bildirilib.

XS
SM
MD
LG