Accessibility links

Könüllülərin Trampa dəstək kampaniyası [Video]


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp rəqibi Hillari Klintondan fərqli olaraq əsas ştatlarda seçkiqabağı kampaniyasını daha gec başladıb. Rəy sorğularına görə, Pennsilvaniya ştatında Klintondan 8.2 faiz geridə qalan Trampın tərəfdarları onun noyabr seçkilərində qələbəsini təmin edə biləcəkmi?

Monrovil şəhərində ilk baxışda seçki mövsümü hiss edilmir. Lakin tək qadın komandasının hər səs uğrunda necə mübarizə apardığını görənədək.

Könüllü Trişa Kanninqham Donald Trapm üçün hədsiz dərəcədə mübarizə aparır- yeni seçicilərin qeydiyyatı, seçki lövhələri, köynəklərin satışı.

O, Tramp üçün hətta paraşütdan atılıb.

Kanninqham seçki kampaniyasının rəsmi üzvü olmasa da, Pennsilvaniya ştatında Tramp üçün 8 min nəfərdən ibarət könüllü bazası yaradıb.

“Bizim böyük komandamız var. Misilsiz bir kampaniya aparılır. Bu insanlar özlərini tam bu işə həsr edib.”

Hillari Klinton bu yaxınlarda Pennsilvaniya ştatında 9 yeni kampaniya ofisi açıb. Bu, yerli Respublikaçılar Partiyası və Trişa kimi könüllülərə arxalananTramp strategiyasından tamamilə fərqlidir.

Raja Çeyr partiyanın yerli rəhbəridir. “Biz məhəllə-məhəllə gəzib, Trampın siyasətindən, qonşuların fəaliyyətindən danışırıq. Kampaniyamız bundan ibarətdir.”

Qeyir-rəsmi məhəllə strategiyası demokrat Con Larkin kimi seçiciləri də cəlb edir.

“Mən onlardan biri idim. Onlar kimi pis. Çünki bir demokrat kimi yalnız demokratlara səs verirdim. Ətrafa baxdıqca görürsən ki, yaxşıya səs verməlisən.”

Larkin seçki xəbərlərini yaxından izləyir, işdə Trampdan danışaraq insanları fikirlərindən döndürməyə çalışır.

Trişa deyir ki, Trampın yeni seçiciləri Klintonun kampaniya işçiləri və məsrəflərinin müqayisəsindən daha çox həyəcanvericidir.

“Bu seçkilər demokrat və ya respublikaçı haqda deyil. Bu, seçkilərdə kimin xalq üçün mübarizə apardığındadır. O, xalqın tərəfindədir.”

Pennsilvaniyada bir il Trampın qələbəsi üçün mübarizə aparan Trişa nəticənin asan əldə ediləcəyini düşünmür.

“Dayanmadan ağır işləmişəm. Bunu 5 nəvəm üçün etmişəm. Mən onların məktəbə gedib, Amerikanın nə zamansa qüdrətli dövlət olduğunu oxumalarını istəmirəm. Məhz buna görə əlimdən gələni əsirgəmirəm."

Lakin heç bir göstərici kampaniyanın gündəlik işini dolğun təsvir edə bilməz.

XS
SM
MD
LG