Accessibility links

Tramp: Məhkəmələr səfərlərə qadağanı siyasi məqsədlə dayandırıb


ABŞ prezidenti Donald Tramp hüquq mühafizə orqanlarının rəhbərlərinə deyib ki, məhkəmələr onun mühacirətə dair sərəncamını siyasi məqsədlərlə dayandırıb. O, səfərlərə qadağa olmadan ölkənin təhlükəsizliyinin risk qarşısında qoyulduğuna dair xəbərdarlıq edib.

“Mən heç məhkəməni qərəzli adlandırmaq istəmirəm, buna görə də qərəzli adlandırmayacam”-deyə Tramp hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş zamanı bildirib. O, sözünə davam edərək deyib: “Hələ yekun qərar verilməyib. Amma belə görünür, məhkəmələr çox siyasiləşib və əgər onlar (hakimlər) bəyanatımızı oxuyub, düzgün iş görsələr bizim ədliyyə sistemimiz üçün çox yaxşı olardı.”

Tramp Tvitter səhifəsində mesajında yazıb: "Əgər ABŞ bu işi açıq-aydın udmalı olduğu halda, udmasa, bizim haqqımız olduğu təhlükəsizlik və əmniyyətimiz heç vaxt olmayacaq. Siyasət!"

San Fransisko şəhərinin apellyasiya məhkəməsi bu həftə federal hakimin Trampın keçən ay əhalisinin əksəriyyəti müsəlman olan yeddi ölkədən mühacirətə qoyduğu qadağanın dayandırılması üçün əsası olub-olmadığına haqda qərar çıxarmalıdır.

Qadağanın dayandırılması üçün məhkəməyə müraciət edən ABŞ Ədliyyə nazirliyinin hüquqşünası və Vaşinqton və Minnesota ştatların təmsil edən prokuror telefon vasitəsilə üç hakimdən ibarət heyətə öz arqumentlərini təqdim edib.

San Fransisko şəhər məhkəməsi qarşısında mühacirət qadağası əleyhinə aksiya
San Fransisko şəhər məhkəməsi qarşısında mühacirət qadağası əleyhinə aksiya

ABŞ prokuroru Auqust Flentye deyib ki, Trampın prezident sərəncamı ona Konqres və Konstitusiya ilə ona verilmiş səlahiyyətlər daxilindədir. Bu səlahiyyətlər çərçivəsində o, Birləşmiş Ştatlara daxil olmaq üçün viza tələb edilən ölkələrdən səfər edənlərin yoxlanılması üçün “adekvat standartlar” tətbiq edə bilər. Flentye qeyd edib ki, Konqres və keçmiş prezident Obamanın administrasiyası terrorizm riski yaratdıqları və terrorçulara sığınacaq verdikləri üçün Somali, Sudan, İran, İraq, Liviya, Suriya və Yəmən kimi yeddi ölkəni narahat doğuran ölkələr kimi müəyyən edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda həsb edilmiş Somali vətəndaşlarının Əl-Şəbəb terrorçuları ilə əlaqəsi olduğu aşkar edilib.

ABŞ prokuroru işin sürətlə aparılaraq, Trampın sərəncamına dəstək məqsədilə hökumətə bütün dəlillərin təqdim edilməsi üçün kifayət qədər vaxt verilmədiyini etiraf edib.

Vaşinqton ştatının baş hüquq məsləhətçisi Noa Pursell isə apellyasiya məhkəməsinə deyib ki, Tramp administrasiyası səfərlərə qadağanın hüquqi baxımdan tam nəzərdən keçirilməsini istəməyərək, ölkəni “qarışıqlığa” sürükləyir.

Məsələnin ABŞ Ali Məhkəməsi qarşısına çıxarıla biləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG