Accessibility links

Şotland müsəlman icmasının liderləri bu ayın axırında onların ölkəsinə gələcək Donald Trampı məscidi ziyarət etməyə dəvət ediblər. Onların birgə bəyanatında deyilir ki, Tramp "az qala hər dəfə ağzını açanda təhqir etdiyi müsəlmanlar haqqında daha çox öyrənməlidir".

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Tramp Kaliforniyanın San Bernardino tibb mərkəzində 14 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsindən sonra bütün müsəlmanların Amerikaya girişinə müvəqqəti qadağa qoymağı tələb etmiş, bununla da beynəlxalq ictimaiyyətin qınağı ilə üzləşmişdi.

Tramp həmçinin iddia edib ki, müsəlmanlar amerikalılara "nifrətlə" böyüdülürlər.

Onun bu şərhlərinə cavab olaraq şotlandiyalı nazirlər və parlament üzvləri Daxili İşlər Katibi Theresa Mayi "nifrət təbliğ etdiyinə" görə Trampın Btitaniyaya girişini qadağan etməyə çağırıblar.

Tramp bu ayın axırı Şotlandiyaya qolf kursu və otel açmağa gəlir. O, otelin yenilənməsinə 200 milyon funt (290 milyon dollar) xərc çəkib.

Edinburqlu din xadimləri Hafiz Qafur və Münəvvər Hüseyn milyarderi "cahil" adlandırıb və onu öz məscidlərinə dəvət ediblər.

Onların sözlərinə görə, Tramp "daha bir təhrikedici çıxış etməzdən əvvəl maariflənməlidir".

XS
SM
MD
LG