Accessibility links

Donald Tramp Ben Karsonu İnşaat və Şəhərsalma Nazirliyinə rəhbər seçib


ABŞ-ın növbəti prezidenti Donald Tramp sabiq neyro-rocərrah və Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda keçmiş rəqibi Ben Karsonu İnşaat və Şəhərsalma Nazirliyinə rəhbər seçib.

Trampın keçid ofisinin açıqladığı bəyanatda deyilir ki, Karson icmalar və icmalar daxilində ailələrin vəziyyətinin yaxşılaşdırılması məsələsinə olduqca böyük önəm verir". Bəyanatda Karsonun Trampla "şəhərlərin inkişafı da daxil olan iqtisadi dirçəliş məsələsini müzakirə etdiyi" bildirilir.

Karson mart ayında respublikaçılar partiyasından namizədliyini geri götürərək, Trampa dəstək verib.

Prezident seçilmiş Trampın yaxın zamanda dövlət katibi vəzifəsinə namizədi göstərəcəyi gözlənilir.

Ötən həftə onun keçid komandası dörd namizədi nəzərdən keçirib. Bunlar senator Bob Korker, Nyu-Yorkun sabiq qubernatoru Rudi Culiani, istefada olan ordu generalı və Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru Deyvid Petreas və 2012-ci ildə prezidentliyə namizəd olmuş Mitt Romnidir.

XS
SM
MD
LG