Accessibility links

Donald Trampın yüzlərlə tərəfdarı motosikletlərlə Vaşinqtona axışıb


ABŞ-ın növbəti prezidenti Donald Trampın yüzlərlə tərəfdarı inaqurasiya mərasimində iştirak etmək üçün motosikletlərlə Vaşinqtona axışıb.

Motosikletçilərin "Tramp üçün yürüş"ü inaqurasiya paradlarının martşutu ilə irəliləyib.

inaqurasiya yürüşünə 5 min motosikletçi qatılacaq

Tədbirin təşkilatçısı Kris Koks deyib ki, ilk dəfə 2015-ci ilin oktyabr ayında 100 nəfər yürüşə qatılmışdı. Hazırda bu qrupun üzvlərinin sayı 200 min nəfərdən ibarətdir.

Koks inaqurasiya yürüşünə 5 min motosikletçinin qatılacağını bildirib. Tədbir Tramp tərəfdarlarının keçirdiyi ən böyük yürüş olacaq.

Qrupun Facebook səhifəsində bildirilir ki, tədbirdə veteranların şərəfləndirilməsi üçün nitqlər söylənəcək.

Dünən Vaşiqnton ətrafında 200 üzvün iştirakı ilə 30 dəqiqəlik motosiklet yürüşü keçirilib.

XS
SM
MD
LG