Accessibility links

Tramp: Mühacirət sistemi "terrorizm üçün alət" olmayacaq


ABŞ prezidenti Donald Tramp Amerika xalqına həftəlik radio müraciətində xarici terrorçuların ölkənin mühacirət sistemindən bir vasitə kimi istifadə edə bilməyəcəyinə söz verib.

"Biz terroçuların, radikalların və təhlükəli ekstremistlərin ölkəmizə daxil olmasına imkan verməmək üçün bütün lazımı və hüquqi ölçülərin götürülməsi məqsədilə mübarizəni davam etdirəcəyik. Biz səxavətli mühacirət sistemimizin terrorizm aləti kimi pis insanlar tərəfindən bizə qarşı çevrilməsinə yol verməyəcəyik"-deyə Tramp bildirib.

Trampın müraciəti onun administrasiyasının mühacirətlə bağlı tamamilə yeni qaydaları nəzərdən keçirdiyi vaxt edib. Bu inkişaflar isə apellasiya məhkəməsinin yeddi müsəlman ölkəsindən qaçqınlar və vətəndaşların Birləşmiş Ştatlara daxil olmasına qadağa ilə bağlı prezident sərəncamının icrasına qarşı yekdilliklə qərar qəbul etməsindən sonraya təsadüf edir.

Cümə günü prezidentin Air Force One təyyarəsində müxbirlərlə söhbətində Tramp deyib ki, administrasiya bu istiqamətdə hərəkət etmək qərarı versə, yeni sərəncam bazar ertəsi, ya da çərşənbə axşamı günü verilə bilər.

Tramp məhkəmənin qərarı ilə bağlı narazılığını şənbə günü səhər Tvitter səhifəsində ifadə edib.

"Bizim hüquqi sistemimiz dağılıb. Səfər qadağasından sonra ABŞ-a daxil olan qaçqınların 77 faizi yeddi şübhəli ölkədəndir. Bu, təhlükəlidir! "

Prezident eyni zamanda, Tvitter səhifəsində ABŞ-ın Meksika ilə cənub sərhədində divarın inşası xərclərinin daha az olacağını bildirib. Bununla o, Daxili Təhlükəsizlik nazirliyinin inşa xərclərinin üç dəfə artaraq, təxminən 22 milyard dollar təşkil edəcəyinə dair hesabatına reaksiya verib.

"Mən sərhəd boyu divarın inşasının hökumətin əvvəlcə nəzərdə tutduğundan daha artıq başa gələcəyini oxuyuram...

amma mən hələ danışıqlara qatılmamışam. Mən bunu edəndə F-35 döyüş təyyarələri, ya da Air Force One proqramında olduğu kimi qiymət çox aşağı düşəcək!"

Prezident Tramp radio müraciətində bu həftənin əvvəli tornadolar nəticəsində dağıntıların baş verdiyi Luiziana və Missisipi ştatlarının sakinlərinə yardım ediləcəyinə söz verib. "Biz onların qayğısına qalacağıq"-deyə o bildirib.

Tramp müraciətində həmçinin vergilərə də toxunub. O deyib ki, onun administrasiyası "genişmiyaslı vergi islahatı" proqramı üzərində işləyir.

Tramp eyni zamanda xəbərdarlıq edib ki, Birləşmiş Ştatların özündə biznesi olan Amerika şirkətləri biznesin başqa yerlərə köçürülməsindən öncə yaxşı fikirləşməlidir. O deyib ki, administrasiya onların biznesi ölkə xaricinə köçürməsini çətinləşdiriəcək. "Onlar sadəcə "bay-bay" deyib, hamını işdən çıxara bilməyəcək. Bunun nəticələri olacaq"-deyə Tramp Amerika xalqına həftəlik müraciətində bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG