Accessibility links

Amerika müsəlmanları Trampın çıxışlarının nifrət zəminində insidentlərə yol açdığını düşünür


Üç ay əvvəl Merilend ştatında yaşayan Sara İbrahimin 4-cü sinifdə oxuyan oğlu dərsdən evə gəldikdən sonra anasına onu narahat edən sual verir.

Merilend ştatında Federal hökumət idarəsində işləyən ərəb əsilli amerikalı Sarah İbrahimin sözlərinə görə, uşaq anasından “Mənim sən ölkədən deportasiya edilməmişdən əvvəl səninlə sağollaşmağa vaxtım olacaq?” deyə soruşub.

“Onun sinif yoldaşları Tramp prezident olandan sonra ölkəni kimlərin tərk edəcəyini müzakirə ediblər” deyə 35 yaşlı ana bildirib.

Bu hadisə Kaliforniya ştatının San Bernardino şəhərində müsəlman ər-arvad tərəfindən 14 nəfərin öldürülməsinin ardınca Respublikaçı namizəd Donald Trumpın müsəlman mühacirlərin ölkəyə gəlməsinə qadağa qoyulması və məscidlərdə yoxlamaların aparılması haqda çağırışlarından bir neçə ay sonra baş verib. Federal Təhqiqatlar Bürosu hadisəni törətmiş cütlüyün radikallaşdırıldığı haqda məlumat yaymışdı.

Tramp keçən həftə Orlandoda 49 nəfərin ölumülə nəticələnmiş kütləvi silahlı hücumdan sonra bu çağırışları intensivləşdirib. Respublikaçıların ehtimali namizədi “təsdiqlənmiş terror tarixi” olan ölkələrdən mühacirlərin ölkəyə buraxılmasını dayandırmağa çağırıb.

Tramp məscidlərə nəzarətin artırılması fikrini təkrarlayıb və radikal müsəlmanlar “bizim övladlarımızı ələ keçirməyə çalışır” kimi mesaj verib.

Demokratlar və bəzi Respublikaçılar Trampın fikri ilə razılaşmır. Bir çox amerikalı müsəlman isə bu çıxışların müsəlmanlara qarşı əvvəlcədən mühakimələrin irəli sürülməsinə və cəzalandırılma qorxusu olmadan onlara qarşı hücumlara səbəb ola biləcəyindən ehtiyat etdiklərini bildiriblər.

XS
SM
MD
LG