Accessibility links

Tramp Respublikaçılar partiyasından prezidentliyə nominasiya almaq üçün həqiqi liderdir


Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp

Milyardçı daşınmaz əmlak maqnatı Donald Tramp ABŞ-da prezident seçki yarışlarında Respublikaçılar partiyasından nominasiya almaq üçün real liderə çevrilib, lakin Kuba mənşəli iki Amerika senatoru-Marko Rubio və Ted Kruz da hər ikisi gələn üç həftə bir sıra ştatlarda keçiriləcək səsvermədə onu məğlub edə biləcəklərini iddia edir.

Siyasətdə yeni adam olan Donald Tramp şənbə günü Respublikaçıların praymerisində ikinci dəfə qəti qələbə əldə edərək, Cənubi Karolina ştatında səslərin demək olar üçdə iki hissəsini qazanıb. Florida senatoru Marko Rubio və Texas senatoru Ted Kruz səslərin təxminən 22 faizini alıb.

Respublikaçılar partiyasından prezidentliyə namizəd Marko Rubio

Respublikaçılar partiyasından prezidentliyə namizəd Marko Rubio

Rəy sorğuları göstərir ki, aylardır sürən seçki kampaniyası dövrü opponentlərinə qarşı alçaldıcı ifadələr işlədən Tramp gələn həftə Respublikaçılar partiyasının kokuslarının (partiya fəallarının toplantısı) keçiriləcəyi Nevada ştatında Rubio və Kruzu ciddi şəkildə üstələyir.

ABŞ-ın digər 27 ştatında martın 15-ə qədər səsvermə keçiriləcək.

Tramp CNN tele şirkətinə bazar günü verdiyi müsahibədə Respublikaçılar partiyasından nominasiyanı qazanacağına və noyabrda prezident seçkilərində Demokrat partiyasından irəlidə gedən namizəd Hillari Klintonla mübarizə aparacağına inandığını bildirib.

O deyib ki, rəy sorğularının onun Klintona qarşı ehtimali mübarizədə məğlub olacağını göstərməsinə baxmayaraq, o, Respublikaçılara onların ənənəvi olaraq prezident seçkilərində məğlub olduğu Nyu York və Miçiqan kimi mühüm ştatlarda qələbə çalmaq şansı verəcək.

Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz

Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz

Klinton şənbə günü Nevada ştatında Demokrat partiyasının kokuslarında qəti qələbə çalıb. O, səslərin 52,7, onun rəqibi, Vermont senatoru Berni Sanders isə səslərin 47,3 faizini toplayıb.

Nevadada qələbə 2009-cu ildən 2013-cü ilə qədər ABŞ Dövlət katibi olmuş Klintonun kampaniyasına onun bu ayın əvvəli Ayova ştatında Sanders üzərində az fərqlə qələbə çalması və Nyu Hempşirdə ona məğlub olmasından sonra lazımi impuls vermiş oldu.

Nevadada məğlub olmasına baxmayaraq, Sanders siyasi imkana malik olduğunu və ABŞ-ın siyasi təhlilçilərini təəccübləndirərək Demokrat partiyasından nominasiya qazanacağını deyib.

Demokrat partiyasından prezidentliylə namizəd Hillari Klinton

Demokrat partiyasından prezidentliylə namizəd Hillari Klinton

Florida ştatının keçmiş qubernatoru, Amerikanın iki prezidentinin qardaşı və oğlu Ceb Buş Cənubi Karolina ştatında çox fərqlə geridə qalaraq, dördüncü yerə çıxmasından sonra Respublikaçılar partiyasından prezidentlik uğrunda yarışları tərk etdiyini elan edib.

Bu addım ən çox Rubio üçün önəmlidir. Belə ki, Buşun kampaniyasının zəngin donorları Tramp, ya da Kruzun Respublikaçılar partiyasından nominasiya almasının qarşısını almaq üçün Rubionun kampaniyasına milyonlarla dollar məbləğində ianə edə bilərlər.

Rubio CNN tele şirkətinə müsahibəsində deyib ki, o, Respublikaçılar partiyasının təməlini təşkil edən qrupları birləşdirən bir fiqur kimi çıxış edəcək. "Demokratların ən çox rəqabət aparmaq istəmədiyi şəxs kimdir? Bu, mənəm"-deyə o bildirib.

XS
SM
MD
LG