Accessibility links

Tramp Nyu-York hücumçusunun müalicə olunması və hüquqi təmsil edilməsinə etiraz edir


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp

Prezidentliyə respublikaçı namizəd Donald Tramp Nyu-York şəhərində şənbə günü baş verən bomba partlayışında şübhəli bilinən şəxsin müalicə olunub vəkillə təmin olunmasına etirazını bildirib.

Əhməd Xan Rahami polisdən qaçmağa çalışarkən vurulduqdan sonra xəstəxanaya aparılıb.

ABŞ konstitusiyasında müttəhimlərə məhkəmədə vəkillə təmin edilmək hüququ verilir.

Tramp ABŞ-ın mühacirət sistemini tənqid edərək bildirib ki, insanların təhlükə riskinin müəyyən edilməsi üçün kifayət qədər iş görülmür.

Respublikaçı namizədin oğlu isə Tvitter səhifəsində suriyalı qaçqınları konfetlə müqayisə edərək yazıb ki, “əgər mənim bir qab Skittles konfetim olsaydı və onlardan üçü sizi öldürə bilər desəydim, siz onları götürərdizmi?”

Donald Tramp oğulun bu müqayisəsi reaksiyalara səbəb olub.

Skittles şirkətinin rəhbəri Vriqli açıqladığı bəyanatda oğul Trampla razılaşmadığını deyib. "Skittles konfetdir. Qaçqınlar isə insanlardır. Biz bu müqayisənin uyğun olmadığını düşünürük"-deyə şirkətin bəyanatında bildirilir.

Prezidentliyə demokrat namizəd Hillari Klinton da ciddi yoxlamalartın tərəfdarıdı olduğunu bildirib. Lakin o eyni zamanda ABŞ-ın potensial terrorçuların ölkəyə daxil olmaması üçün kifayət qədər iş gördüyünü deyib.

Donald Tramp və Hillari Klinton sentyabrın 26-da prezidentliyə namizədlər arasında planlaşdırılmış üç debatdan birincisində qarşılacaqlar.

XS
SM
MD
LG