Accessibility links

ABŞ-da Respubliaçı Partiyanın prezidentliyə namizədi Donald Tramp bəzi fikirləri ilə bağlı 5 illik qeyri-müəyyənliyə son qoyaraq bu gün açıqlama verib. "ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarda doğulub, nöqtə!" - deyə cənab Tramp bildirib.

Respublikaçı namizəd 2011-ci ildə əlində sübut olmadan Obamanın ABŞ-dan kənarda doğulmasına daur arqument irəli sürən qüvvələr arasında idi. O zamandan bəri Tramp bu barədə dəqiq heç bir söz deməmişdi. Ancaq bu gün Tramp bu fikirlərinə bir dəfəlik nöqtə qoyub.

Respublikaçı namizəd 2011-ci ildə əlində sübut olmadan Obamanın ABŞ-dan kənarda doğulmasına daur arqument irəli sürən qüvvələr arasında idi. O zamandan bəri Tramp bu barədə dəqiq heç bir söz deməmişdi. Ancaq bu gün Tramp bu fikirlərə birdəfəlik nöqtə qoyub.

Respublikaçı namizədin kampaniyası dünən açıqlamışdı ki, Tramp Obamanın ABŞ-ın Havay ştatında dünyaya gəlməsinə inanır. Bu gün kampaniya çıxışında isə Tramp bu mübahisələrə yol açdığına görə Klintonu ittiham edib.

Bu açıqlamaları paytaxtda verən Trampla yanaşı, rəqibi Hillari Klinton da Vaşinqtondadır. Xanım Klinton açıqlamasında rəqibinin onu ittiham etməsinə münasibət bildirməyib. 11 sentyabr Xatirə mərasimindən çıxarkən yıxılaraq kampaniyasına 2 gün fasilə verdikdən sonra ictimaiyyət arasına çıxan Klinton Qaradərili Qadınlar Gündəliyi Simpoziumunda çıxışı zamanı bunları deyib: "5 ildir ki, o, bizim ilk qaradərili prezidentimizi şübhə altına almaq üçün "Doğum Şəhadətnaməsi" kampaniyasını davam etdirir. Onun kampaniyası belə inanılmaz yalanlar üzərində qurulub".

Mən harada doğulduğuma əminəm.

Tramp prezidentin ABŞ-da doğulmaması haqda dolaşan şaiyələrdəki roluna görə üzr istəməyib və bu qənaətə gəlməyə onu nəyin vadar etdiyini söyləməyib.

Ağ Evdə müxbirlərlə danışan Prezident Barak Obama zarafat tonunda Trampın dediklərinə reaksiya verib. "Mən harada doğulduğuma əminəm," deyə o bildirib.

Barak Obamanın ABŞ-da doğulmadığı və bu səbəbdən Obamanın ABŞ prezidenti olmaq hüququndan məhrum olması üzərində qurulan kampaniyaya Trampın qoşulması məsələni medianın diqqət mərkəzinə gətirmişdi. Həmin vaxtadək bu şaiyə ABŞ siyasi spektrumunun ifrat cinahlarında səsləndirilirdi.

XS
SM
MD
LG