Accessibility links

Tramp Obamanın güman etdiyi sui-istifadələrinin araşdırılmasını tələb edir


ABŞ-ın keçmiş prezidenti Barak Obama prezident seçilmiş Donald Trampı inaqurasiya mərasimindən öncə Ağ Evdə qarşılayır, 20 yanvar, 2017.

ABŞ-ın keçmiş prezidenti Barak Obama prezident seçilmiş Donald Trampı inaqurasiya mərasimindən öncə Ağ Evdə qarşılayır, 20 yanvar, 2017.

ABŞ prezidenti Donald Tramp Konqresin kəşfiyyat heyətlərinin keçmiş prezident Barak Obama administrasiyasının keçən il noyabr seçkilərindən öncə Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatın bir hissəsi olaraq təhqiqat aparmaq səlahiyyətlərindən sui-istifadə edib-etməməsini araşdırmasını tələb edib.

"2016-cı il seçkilərindən birbaşa əvvəl siyasi motivli mümkün təhqiqatlarla bağlı məlumatlar narahatlıq doğurur"-deyə Ağ Evin sözçüsü Şon Spayser bildirib.

Tramp heç bir dəlil göstərmədən Obamanı 2016-cı il noyabr prezident seçkilərindən öncə onun Nyu-Yorkda Tramp qülləsindəki ofisilərində telefon danışıqlarının dinləniləməsində ittiham edib.

Ağ Evin sözçüsü Şon Spayser

Ağ Evin sözçüsü Şon Spayser

Obamanın sözçüsüTrampın iddialarının əsassız olduğunu bildirib.

Milli Kəşfiyyat agentliyinin keçmiş direktoru Ceyms Klapper NBC tele şirkətinin "Mətbuatla görüş" ("Meet the Press") proqramında müsahibəsində deyib ki, "o zaman prezident seçilmiş, namizəd olmuş şəxs, ya da onun kampaniyasına qarşı dinləmə fəaliyyəti olmayıb".

Klapper bildirib ki, Trampın danışıqlarının nə seçkidən öncə, nə də sonra dinlənilməsinin sanksiyalaşdırılması üçün məhkəmə tərəfindən heç bir qərar olmayıb.

Respublikaçı prezident bazar günü Tvitter səhifəsində müxalif demokratlar və Obamaya qarşı yeni mesajlar yazıb.

Tramp mesajlarını səhər tezdən Floridada Atlantik okeanı sahilindəki iqamətgahında olduğu zaman yazıb. "Doğrudanmı Demokratların Milli Komitəsi Federal Təhqiqatlar Bürosuna müdaxiləni öyrəndikdən sonra server, ya da başqa avadanlığın yoxlanmasına icazə verməyib. Bu mümkün ola bilərmi?"

Tramp bununla ABŞ-ın kəşfiyyat orqanlarının Rusiyanın Trampın demokrat opponenti olan keçmiş dövlət katibi Hillari Klintonu məğlub edə bilməsinə kömək məqsədilə seçkiyə müdaxilə etdiyinə dair çıxardığı nəticələrlə bağlı genişmiqyaslı təhqiqatı nəzərdə tutub.

Tramp əvvəlcə kəşfiyyat orqanlarının nəticələrinə etinasız yanaşsa da, yanvar ayında inaqurasiyasından bir neçə həftə əvvəl bununla razılaşmalı olmuşdu. Lakin FBI və Konqresin komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın kampaniyasının üzvləri ilə Rusiya rəsmiləri arasında səsvermədən əvvəl və sonrakı kontaktlarla bağlı təhqiqatlar aparır.

ABŞ Rusiyanın Klintonun kampaniyasının rəhbəri Con Podestanın komputerinə müdaxilə etdiyi haqda nəticə çıxararaq, WikiLeaks qrupunun demokratların Klintonun partiyadan nominasiya qazanması üçün səhnəarxası utandırıcı səylərini göstərən minlərlə emailləri ictimaiyyətə sızdırdığını bildirib.

Trampın Ağ Evdə müşavirləri Rusiya rəsmiləri ilə noyabrın 8-də seçkidən əvvəl və sonrakı kontaktları ilə bağlı suallar qarşısındadır. Keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşü haqda vitse-prezident Mayk Pens və Ağ Evin başqa yüksək səviyyəli rəsmilərinə doğru məlumat vermədiyini etiraf etdikdən və vəzifədə cəmi 24 gün olduqdan sonra vəzifəsindən kənarlaşdırılıb.

Bazar günü Tvitterdə daha bir mesajında Tramp Obamanın o zaman Rusiya prezidenti Dmitri Medvedevlə söhbət əsnasında 2012-ci ildə yenidən seçildikdən sonra raketlərdən müdafiə sistemi kimi məsələlərdə daha geniş imkanlara malik olacağını deməsini xatırladıb.

"Rusiya prezidentinə gizlincə "Vladimirə deyin ki, seçkidən sonra daha geniş imkanlarım olacaq" deyən kim idi?"-o yazıb. Obama bu sözləri Seulda mikrofonların açıq qaldığını bilmədən Medvedevlə söhbət zamanı demişdi.

Ağ Evin sözçüsü Şon Spayser Trampın Konrqesdən təhqiqatın genişəndirməsi tələbini elan edərək, nə Ağ Evin, nə də Trampın təhqiqat bitməyənə qədər şərh verməyəcəyini deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG