Accessibility links

Tramp administrasiyası Prezidentin izlənilməsi ilə bağlı sübutu təqdim edə bilmir [Video]


Tramp administrasiyası Prezidentin izlənilməsi ilə bağlı sübutu təqdim edə bilmir
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Tramp administrasiyası Prezidentin izlənilməsi ilə bağlı sübutu təqdim edə bilmir

ABŞ Prezidenti Donald Trampın Nyu Yorkda yerləşən ofisinin Barak Obamanın tapşırığı ilə izlənildiyini söyləməsi çox ciddi bir ittiham idi.

Bu sözlərdən bir həftə keçməsinə baxmayaraq yeni administrasiya prezidentin bu ittihamlarının sübutunu hələ təqdim etməyib.

Obama administrasiyasının milli kəşfiyyat rəhbəri bu sözlərin həqiqət olmadığını söyləyib.

“Ölkənin kəşfiyyat icması seçki dövründə heç bir formada Trampın ofisinin dinlənilməsində iştirak etməyib.”

Buna baxmayaraq, Tramp komandasının üzvləri bu ittihamları müdafiə etməkdə davam edirlər.

“Mənim heç bir sübutum yoxdur. Sübutları Konqresin istintaqı müəyyən edəcək.”

Bazar ertəsi Prezident Tramp digər məsələlər haqqında danışdığı zaman administrasiyanın aparıcı şəxləri onun iddialarını müdafiə edirdi.

“Prezident telefonunun Obama tərəfindən şəxsən izlədiyini düşünmür. Amma, seçkilər zamanı Obama administrasiyası tərəfindən izlənilmə təşəbbüslərinin olması şübhəsizdir.”

Trampın bu ittihamları Konqresin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı keçirdiyi istintaqın bir hissəsidir. Dinləmələr növbəti bazar ertəsi başlayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG