Accessibility links

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp deyir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamadan daha yaxşı liderdir.

NBC xəbər forumunda Demokrat namizəd Hillari Klintondan ayrı müsahibəsi alınan Tramp prezident olsa “Putinlə çox yaxşı münasibətlərinin olacağını” düşündüyünü deyib. O həmçinin Rusiya və Birləşmiş Ştatların İslam Dövlətini məğlub etmək kimi ortaq marağı olduğunu bildirib.

Bundan əlavə Tramp Obamanın rəhbərliyi altında ABŞ-ın İraqa hərbi müdaxiləsini tənqid edib.

Cənub-Şərqi Asiya ölkələrinin sammitində iştirak etmək üçün Laosda səfərdə olan Obama Trampın şərhlərinə əhəmiyyət verməyib və bir daha bu namizədin prezidentliyə yararsız olduğunu vurğulayıb.

Tramp və Klinton sentyabrın 26-da baş tutacaq ilk debatda üz-üzə gələcək. Bundan əlavə noyabrın 8-də keçiriləcək seçkilərdən öncə oktyabrda daha iki debat keçiriləcək.

XS
SM
MD
LG