Accessibility links

Tramp seçki kampaniyası zamanı işlətdiyi bəzi ifadələrə görə peşmandır


Cümə axşamı nadir ictimai etiraf edən prezidentliyə Respublikaçı namizəd Donald Tramp kampaniyası zamanı işlətdiyi bəzi kəskin və təhqiredici ritorikadan peşman olduğunu deyib.

Bəzən qızğın debat olduğunda və bir sıra məsələlərlə bağlı danışanda, düzgün ifadələri seçmirsən... və inanın mənə, mən buna görə peşmanam.

“Bəzən qızğın debat əsnasında və bir sıra məsələlərlə bağlı danışanda, düzgün ifadələri seçmirsən... və inanın mənə mən buna görə peşmanam,” deyə Tramp Şimali Karolinanın Şarlıt çəhərində çıxışı zamanı bildirib.

Ancaq bundan bir qədər sonra Tramp yenidən hamıya bələd ritorikasından istifadə edərək İrana girovları zad etmək üçün 400 milyon dollar ödədiyini inkar etdiyinə görə Barak Obamanı “yalançı” adlandırıb.

O, həmçinin prezidentliyə Demokrat namizəd Hillari Klintonu “irqçi” adlandırıb və Klintonu afro-amerikalıları sadəcə səs olaraq görməkdə və onların haqq etdiyi imkanıara etinasızlıq göstərməkdə ittiham edib.

Donald Tramp rəy sorğularında afro-amerikalılar arasında cüzi dəstəyə malikdir.
Donald Tramp rəy sorğularında afro-amerikalılar arasında cüzi dəstəyə malikdir.

Tramp üzünü birbaşa qaradərili seçicilərə tutub və Demokrat idarəçilərlə liberal siyasətin onlar üçün uğursuz olduğunu deyib. O seçildiyi təqdirdə qaradərililər üçün “gözəl nəticələrin” olacağını vəd edib.

Ənənəvi olaraq 1930-cu illərdə baş verən Böyük Tənəzzül dövründən bəri qaradərililər Demokrat namizədlərə səs veriblər.

Klinton Fondu

Bundan əlavə bazar ertəsi Bill və Hillari Klinotnun başlatdığı xeyriyyə fondu elan edib ki, noyabrda Hillari Klinton prezident seçilsə fond korporasiyalardan gələn və xarici ianələri qəbul etməyəcək.

Sabiq prezident Bill Klinton cümə axşamı fond işçilərinə təşkilatın sadəcə ABŞ vətəndaşları və heç bir hökümətlə əlaqəsi olmayan xeyriyyə təşkilatlarından ianə alacağını bildirib.

Bill Klintonun rəhbəri olduğu Klinton fondu xaricdən ianələr aldığına görə tənqidlə üzləşir.
Bill Klintonun rəhbəri olduğu Klinton fondu xaricdən ianələr aldığına görə tənqidlə üzləşir.

Keçmiş prezident həmçinin xanımı ali baş komandan olsa, idarə heyətindən ayrılacağını deyib. O, inkişaf etməkdə olan ölkələrdəki insanların həyatlarını yaxçılaşdırmaq üçün təxminən 2 milyard dollar toplayan fondun ətrafında heç bir söz-söhbətin gəzməməli olduğunu deyib.

Bəzi Respublikaçılar iddia edir ki, fonda edilən böyük məbləğdəki ianələr o zamanlar dövlət katibi olan Hillari Klinton və ya onun müşavirlərinə çıxışı təmin edib. Klinton bu iddiaları rədd edir.

Tramp kampaniyası isə bu yeni açıqlama ilə bağlı heç bir şərh verməyib. Amma Şarlotda çıxışı zamanı o deyib ki, vəzifədən gedəndən sonra beş il ərzində administrasiyasındakı yüksək vəzifəli şəxslərdən çıxış qonorarı almamağa və “xarici hökümətlə əlaqəsi olan heç kəsdən” pul qəbul etməməyə çağıracaq.

XS
SM
MD
LG