Accessibility links

Tramp qəzəbli seçiciləri cəlb edir [Video]


Respublikaçı namizədlər arasında prezidentlik uğrunda yarışlar mühüm mərhələyə qədəm qoyur. Öndə gedən Donald Tramp partiyadan nominasiya almaq uğrunda mübarizədə qalibəyə yaxındır. Trampın rəqiblərinin isə bunun qarşını almaq üçün vaxtları azalır.

Ona səs verən insanların fikrincə, son 15-20 ildə əsas iki partiyanın heç biri onlara diqqət yetirməyib. İndi isə onların qarşısısına “mən sizin tərəfinizdəyəm” deyən biri çıxıb.

Donald Tramp Respublikaçılar tərəfində yenə də öndə gedir.

Ancaq o heç nəyi taleyin öhdəsinə buraxmır.

“Səs verməyi unutmayın.”

Gələcək bir neçə həftə ərzində qələbələr davam etsə Donald Trampın öz partiyasından nominasiyanı təmin etmiş ola bilər.

“Baş verənlərdən və nə iş görməyinizdən asılı olmayaraq, baxmayaraq, hətta işdən çıxarılsanız belə mən sizin çərşənbə günü səs vermənizi istəyirəm. Mən sizə yeni iş yeri ilə təmin edəcəm. Bundan narahat olmayın.”

Trampın belə danışması Nyu-Hempşirdən tutmuş Cənubi Karolinayadək ona tərəfdarlar qazandırıb.

“O, Amerikanı yenidən möhtəşəm etmək istəyir, bizə də bu lazımdır.”

Prezidentliyə respublikaçı namizəd Ted Kruz

Prezidentliyə respublikaçı namizəd Ted Kruz

“Bəlkə o dediklərinin heç yarısını da edə bilməyəcək, amma onun bunları deməsi belə məni qane edir.”

Eyni zamanda, Trampın çox sayda əleyhdarları da var ki, buraya onu xuliqan, anti-immiqrant və irqçi hesab edənlər daxildir.

Təhlilçi Henri Olsenin sözlərinə görə, Tramp bəzi sesçicilərin qəzəbi və narazılığını ortaya çıxarıb.”

“Ona səs verən insanların fikrincə, son 15-20 ildə əsas iki partiyanın heç biri onlara diqqət yetirməyib. İndi isə onların qarşısısına “mən sizin tərəfinizdəyəm” deyən biri çıxıb. Onlar mütləq Respublikaçı və ya Tea Party-çi və ya ultra-sağçı da deyil. Onlar sadəcə adi mühafizəkarlardır.”

Trampın yüksəlişi 2012-ci ildə prezidentliyə namizəd olmuş Mitt Romni də daxil olmaqla, Respublikaçı isteblişment tərəfindən mənfi qarşılanıb.

Donald Tramp güclü liderdir və güman ki, Respublikaçılar partiyasının vahid namizədi olacaq. Outsayderlər və digər namizədlər bunun qarşını almağa çalışır, amma artıq bunun üçün bir az gecdir.

“Donald Tramp Vladimir Putinə pərəstiş etdiyini deyir, eyni zmaanda isə Corc Buşu yalançı adlandırır. Bu isə şərin xeyir üzərində qələbəsinə nümunəsidir.”

Lakin hələ ki, debatlarda Tramp öz rəqiblərini üstələyib. Buraya Marko Rubio da daxildir.

“Respublikaçıların praymeri və kokusunda iştirak edən seçicilərin üçdə ikisi sənin əleyhinə səs verib. Onlar sənin vahid namizəd olmağını istəmir.”

“Bu balaca mənim haqqımda o qədər yalan danışıb ki.”

Trampın rəqiblərinin onun qarşısını almaq üçün vaxtları daralır, deyə təhlilçi Con Fortier bildirir.

Prezidentliyə respublikaçı namizəd Marko Rubio

Prezidentliyə respublikaçı namizəd Marko Rubio

“Donald Tramp güclü liderdir və güman ki, Respublikaçılar partiyasının vahid namizədi olacaq. Outsayderlər və digər namizədlər bunun qarşını almağa çalışır, amma artıq bunun üçün bir az gecdir.”

Martın 15-də Florida və Ohayoda keçiriləcək praymerilər yaxınlaşır və Trampın rəqiblərinin onun partiyadan nominasiya uğrunda mübarizədə qələbə çalmasının qarşısını almaq üçün bəlkə də son şansları olacaq.

XS
SM
MD
LG