Accessibility links

ABŞ prezidenti Respublikaçı qanunvericilər qarşısında çıxış edib


ABŞ prezidenti respublikaçı qanunvericilər qarşısında çıxış edib.

Donald Tramp ilk dəfə olaraq "Air Force One" adı ilə tanınan prezident təyyarəsindən istifadə edərək, Filadelfiyada keçirilcək Respublikaçı konqresmenlərin illik toplantısına qatılıb.

Biz seçki sisteminin bütövlüyü və Amerika vətəndaşlarının səslərini müdafiə edəcəyik. Bu, olduqca mühümdür.

Prezident əvvəli seçkilərdə respubliakçıların məğlub olduğu Pensilvaniya ştatındakı qələbəsini yüksək qiymətləndirib.

"Biz seçki sisteminin bütövlüyü və Amerika vətəndaşlarının səslərini müdafiə edəcəyik. Bu, olduqca mühümdür," deyə Donald Tramp bildirib.

ABŞ dövlət başçısı Meksika prezidenti ilə gələn həftə keçirilməsi planlaşdırılan Vaşinqton görüşünün təxirə salınması barədə birlikdə qərar verdiklərini deyib. Lakin prezident bir daha təkrar edib ki, sərhədlərdə salınacaq hasarı Meksika maliyyələşdirəcək.

Tereza Mey, Britaniya baş naziri

Tereza Mey, Britaniya baş naziri

Tədbirdə onun Britaniyanın baş naziri Tereza Meylə də görüşü planlaşdırılıb.

Görüşdən sonra prezidentin bir sıra sərəncam imzalayacağı gözlənilir.

Qanunvericilər ölkə başçısının seçkiqabağı kampaniyaları zamanı vəd etdiyi kimi diqqətini ölkənin vəhdətinə yönəldəcəyinə ümid bəsləyir.

Trampın mühacirət siyasətinin Filadelfiya görüşünün diqqət mərkəzində olacağı təxmin edilir.

Toplantı 3 gün davam edəcək.

XS
SM
MD
LG