Accessibility links

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp onun kampaniyasını dəstəkləməkdən imtina edən respublikaçılara kəskin tənqid edib, lakin az dəstəklə Ağ Ev uğrunda mübarizənin çətin olduğunu etiraf edib.

Tramp Twitter hesabında Nümayəndələr Palatasının spikeri Pol Rayanı tənqid edərək, onu "zəif" və "qeri-effektiv" lider adlandırıb. Rayan Konrqesdə respublikaçılara Trampın nalayiq ifadələr işlətməsinə görə onun kampaniyasında iştirak etməcəyini bildirib.

Donald Trampın 2005-ci ildə yazıya alınmış videoda qadınlar haqda vulqar ifadələr söyləməsi Pol Rayan və digər respublikaçıların ondan uzaqlaşması ilə nəticələnib. Rayan Trampa hələ də dəstək verməsinə baxmayaraq, noyabrın 8-i prezident seçkilərində Hillari Klintonun Donald Tramp üzərində qələbə çala biləcəyini deyib. O, Respublikaçıların Nümayəndələr Palatasında əksəriyyəti əldə saxlaması və Klintonun qanunverici orqanda "kart-blanş" ala bilməməsi üçün respublikaçı həmkarlarına dəstək verməyə davam edəcəyini deyib.

Nümayəndələr Palatasında Trampı dəstəkləyən bəzi mühafizəkar respublikaçılar Rayanın Trampdan uzaqlaşmasına etiraz edərək, seçki gününə dörd həftə qalmış ondan üz döndərməyə səbəbin olmadığını deyib.
Tramp Twitter-də mesajlarının birində Klintonla ikinci debatda qələbə çaldığını yazıb. O eyni zamanda etiraf edib ki, "Pol Rayan və başqalarının məni dəstəkləmədiyi halda yaxşı nəticələr qazanmaq çətindir".

Nümayəndələr Palatasının spikeri Pol Rayan

Nümayəndələr Palatasının spikeri Pol Rayan

Bir sıra respublikaçılar, o cümlədən 2008-ci ildə prezidentliyə namizəd olmuş Arizona senatoru Con Makkeyn son günlər Donald Trampa dəstək verməkdən imtina edib və onun prezidentlik yarışlarından çıxmasına çağırıb. Bu, Trampın 2005-ci ildə qadınlar haqda nalayiq şəkildə danışdığı videonun açıqlamasından sonra baş verib. Tramp seçki yarışlarından çıxmaq şanslarının "sıfıra bərabər" olduğunu deyib.

O, nalayiq ifadələr işlətdiyinə üzr istəyib.

Son rəy sorğuları Trampın ölkənin ilk qadın prezidenti olmaq istəyən Klintondan geridə olduğunu göstərir. Müxtəlif qurumlar tərəfindən keçirilən sorğulara əsasən, Klinton seçkinin taleyinin həll olunmasında əhəmiyyətli rol oynayan ştatlarda da üstünlüyə malikdir.

XS
SM
MD
LG