Accessibility links

Donald Trampın amerikalılar arasında reytinqi aşağı olaraq qalır


Donald Trampın amerikalılar arasında reytinqi aşağı olaraq qalır. Lakin prezident Konqres, iki əsas partiya, Hillari Klinton və mediadan üstünlüyünü saxlamaqdadır.

USA Today-in keçirdiyi son rəy sorğularına əsasən amerikalıların 45 faizi Trampı dəstələyir. 47 faizi isə ona qarşı mənfi rəy verib.

Konqresə dəstək verənlər 26 faiz, onun əleyhinə olanlar isə 52 faiz təşkil edib.

Respublikaçılar Partiyasını 37 faiz dəstəkləyib, 52 faiz isə narazılığını ifadə edib.

Prezidentliyə sabiq demokrat namizəd Hillari Klintona respondentlərin 36 faizi dəstək, 55 faizi isə mənfi fikir bildirib.

Media

Tramp tərəfindən müntəzəm hücumlara məruz qalan mediaya 37 faiz müsbət, 50 faiz mənfi rəy verilib.

Hər 3 respondentdən 1-i Trampın “Amerika xalqının düşməni” adlandırdığı mediaya dəstək, 47 faiz isə mənfi rəy nümayiş etdirərək, medianın ədalətsiz olduğunu bildirib.

Rəyi soruşulanların 44 faizi hesab edir ki, mətbuat Trampı cavabdeh hesab etməklə düz iş görür.

Respondentlərin 60 faizi Trampın temperamenti ilə bağlı mənfi rəy verib. 59 faiz isə onun tvitlərini dayandırmasının məqsədəuyğunluğunu bildirib. Onların 40 faizini respublikaçılar təşkil edir. Yalnız 28 faiz Twitter-in Trampla ünsiyyət üçün yaxşı vasitə olduğunu bildirib.

Hikbinlik

Trampın şəxsiyyətinə qarşı çıxılsa da, amerikalıların əksəriyyəti gələcəklərinə nikbinliklə baxır. Onların 44 faizi hesab edir ki, ölkə doğru istiqamətdə irəliləyir. 44 faiz isə Amerikanın yanlış yolda olduğunu düşünür.

Trampın prezident kimi fəaliyyətlərinə gəldikdə isə respondentlərin 47 faizi onun indiyədək gördüyü işlərə müsbət rəy verib. 44 faiz isə bununla razılaşmır.

Trampın siyasətinə dair mövqelər isə 46-46-ya bərabər olub.

XS
SM
MD
LG