Accessibility links

Trampın Rusiya ilə biznes sövdələşmələrinin uğursuzluqlarına səbəb nədir?


Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı mübahisələr davam edir. Prezident Tramp Twitter hesabında tənqidçilərinə cavab verib.

“Rusiya heç bir zaman məndən məqsədləri üçün istifadə etməyib. MƏNİM RUSİYA İLƏ HEÇ BİR SÖVDƏLƏŞMƏ, KREDİTİM YOXDUR, HEÇ NƏ. HEÇ NƏ”o yazıb.

Əslində Trampın Rusiya ilə biznes maraqları olub.

1980-ci illərdə prezidentlik ambisiyaları ilə Tramp nüvə silahlarının yayılmaması da daxil edilməklə, xarici siyasət məsələlərinə maraq göstərirdi.

Sabiq prezident Ronald Reyqanın tərəfdarı Sovet İttifaqı ilə silahsızlaşma danışqıları təklif etmişdi. Lakin Reyqanın Ağ Evi onun marağına məhəl qoymamışdı.

Soyuq müharibə zirvə nöqtəsində ikən Tramp silahsızlaşma müzakirələrini bir iz buraxmaq üçün fürsət kimi dəyərləndirirdi. Ekspertlərin fikrincə o, bu yolla öz ictimai profilini yaratmağa çalışırdı.

Sabiq Sovet lideri Mixail Qorbaçovun 1980-ci illərdə “perestroyka” adı ilə tanınan iqtisadi islahatlarını Tramp investisiya üçün bağlanğıc kimi qiymətləndirirdi.

O, 1987-ci ildə Vaşinqtonda Qorbaçovla görüşmüş və müxtəlif fəlsəfələrə malik olduqlarını desə də, onların yola gedə biləcəklərini istisna etməmişdi.

Trampın Sovet İttifaqının ABŞ-dakı səfiri Yuri Dubinin ilə görüşdüyü Tramp qülləsi daha sonra onun Moskva və Leninqrad səfərlərini maliyyələşdirmişdi.

Lüks otellərin inşası və turizmin inkişafı iddiası ilə Rusiyaya səfər edən Tramp heç bir nailiyyət əldə etməsə də, Qorbaçovun ölkəni açdığını demişdi.

1996-cı ildə yenidən Moskvaya gedən biznesmen ABŞ-ın tütün şirkəti Liggett-Ducat-ın sahib olduğu ərazidə lüks otellərin inşası təklifini irəli sürmüşdü.

Bundan sonra 7 ticarət qeydiyyatı əldə edilsə də, onların heç biri inkişaf etdirilməmişdi.

Bir neçə iflasdan xilas olan bu mükəmməl biznesmenin Rusiya ilə mühüm sövdələşmələrinin baş tutmaması sirr olaraq qalır.

Buna verilən izahatlardan biri ölkədə cinayətkarlığının artması, oliqarxların hakimiyyəti yiyələnməsi və biznes mühitinin qaydasızlığıdır.

Tramp 1999-cu ildə Rusiyanı nəzarətdən çıxmış bir ölkə, dövlət başçısını isə fəlakət adlandırmışdı.

Lakin Tramp daha sonra lazımi tərəfdaş tapır. Azərbaycanlı milyarder və Putinlə yaxın əlaqələrə malik olan Araz Ağalarovla 2013-cü ildə Ağalarovun Krokus konsert zalında Dünya Gözəli müqabiqəsini təşkil edir.

Ekspertlərin fikrincə, Dünya Gözəlinin Moskvaya gətirilməsinə səbəb məhz onun əldə etdiyi düzgün tərəfdaşlıq olmuşdu.

Rusiyada mehmanxanalar inşa etməyə nail olmasa da, Tramp rusiyalı investorları Amerikaya cəlb edə bilmişdi.

2006-cı idlə milyarder biznesmeninin sovet mühacirlərin tərəfindən təsis edilən daşınmaz əmlak şirkətinin 450 milyon dollarlıq otel-mənzil layihəsinə qoşulması investorları maraqlandırmağa başlamışdı.

ABŞ-da təhlükəsiz investisiya imkanı Trampın Nyu-York və Floridadakı mənzillərinin alışına rusları cəlb etmişdi. nes maraqları olmasa belə, onun maraqların toqquşması sahəsində dəyişiklik etməsi asan olamayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG