Accessibility links

Rusiya ilə əlaqələrlə bağlı suallar yeni administrasiya üçün problemlər yaradır


Prezident Donald Tramp Ağ Ev turistlərinə sürpriz edərək, gözlənilmədən onların qarşısına çıxıb. Bu baş verən anda Ağ Ev sözçüsü Şon Spayser jurnalistlərin qarşısında Trampın keçmiş prezident Barak Obamanın onun izlənilməsi tapşırığı verməsi ilə bağlı son şərhini müdafiə edirdi.

Jurnalistlər də öz növbəsində Spayserə bu ittihamların əsası olub-olmamasını ilə bağlı suallar ünvanlayırdı.

“Fikrimcə, indiki vəziyyətdə bu sualı Konqresin kəşfiyyat komitələrinə ünvanlamaq lazımdır. Onlar artıq bu məsələni araşdırmağa başlayıblar.”

Həm Obama, həm də keçmiş milli kəşfiyyat direktoru Ceyms Klapper Trampın bu ittihamlarını rədd ediblər.

“Ölkənin kəşfiyyat icması seçki dövründə heç bir formada Trampın ofisinin dinlənilməsində iştirak etməyib.”

Tramp onun dinlənilməsi ilə bağlı araşdırma tələb etsə də, bu xeyli sayda suallara səbəb olub.

“İlk sual hadisənin özü ilə bağlıdır. Bu ittihamın əsası varmı? Gördüyümüz qədərilə bu ittiham şübhələr əsasında formalaşıb. İstintaqın başlaması üçün isə şübhələr kifayət deyil.”

Hüquqşünas Alan Morrison: “İlk sual hadisənin özü ilə bağlıdır. Bu ittihamın əsası varmı? Gördüyümüz kimi bu ittiham şübhələr əsasında formalaşıb. İstintaqın başlaması üçün isə şübhələr kifayət deyil.”

Hal-hazırda Konqresin kəşfiyyat komitələri Trampın seçki kampaniyası və Rusiya höküməti arasında əlaqələri yoxlamaqdadır.

“Çox önəmlidir ki, bu istintaqın düzgünlüyü heç bir şübhə doğurmasın. Amerikalılar bilməlidirlər ki, istintaq zamanı heç bir tərəfkeşliyə və ya siyasi təzyiqə yol verilməyib.”

Respublikaçı senator Çak Qrasli bu istintaqin nəticəsi ilə bağlı cavab vermək üçün çox tez olduğunu söyləyir.

“Bəzən xüsusi addımların atılmasına ehtiyac yaranır. Amma hal-hazırda bu barədə danışmaq tezdir.”

Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı narahatlıq Ağ Ev üçün ciddi problemə çevrilib. Bununla bərabər, Trampın Tvitter şərhləri də yeni administrasiya üçün vəziyyəti asan etmir.

“Mənə hələ də aydın deyil ki, bu bəyənatlar düşünülmüş strateji plandan, yoxsa onun təbiətindən irəli gəlir.

Respublikaçı strateq Con Fiheri: “Mənə hələ də aydın deyil ki, bu bəyənatlar düşünülmüş strateji plandan, yoxsa onun təbiətindən irəli gəlir. Həm də, aydın deyil ki, prezident bəyənatlar verməyi dayandıracaqmı. Bəlkə də bu bizim hamımızın uyğunlaşmalı olduğu yeni siyasi iqlimdir.”

Bütün bunlara baxmayaraq, rəsmi Vaşinqton həm yeni administrasiya tərəfindən, həm də Trampın Tvitter vasitəsilə verdiyi şərhləri diqqətlə araşdıracaq.

XS
SM
MD
LG