Accessibility links

Rusiya nümayəndələri Trampın kampaniya üzvləri ilə görüşdüyünü iddia edir


Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov hökumət rəsmilərinin seçkilərdən öncə Trampın kampaniya üzvləri ilə görüşdüyünü bildirib.

"Onun ətrafında olan insanların hamısı bizə yaxşı tanışdır. Bu insanlar ABŞ-da hər zaman göz qabağında olan və yüksək vəzifələrdə çalışan insanlardır. Lakin onların heç də hamısının Rusiya ilə əlaqəsi olduğunu demək olmaz"- deyə Ryabkov İnterfaks xəbər agentliyinə bildirib.

Trampın kampaniya sözçüsü Houp Hiks bu iddiları rədd edib. Tramp da kampaniyalrı zamanı Rusiya hökuməti ilə heç bir əlaqəsi olmadığını bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Rusiya səfirliyi işçilərinin Tramp kampaniyası ilə görüşünü normal praktika adlandırıb.

O, prezidentliyə demokrat namizəd Hillari Klintonun görüş təklifini qəbul etmədiyini deyib.

Tramp və Rusiya prezidenti seçki kampaniyaları zamanı ikitərəfli münasibətlərin niormallaşmasına maraq göstərdiklərini ifadə edib.

Putin Rusiya parlamentində qələbəsi alqışlarla qarşılanan Trampı təbrik edib.

Show comments

XS
SM
MD
LG