Accessibility links

Vermontlu senator Berni Sanders şimal Miçiqan ştatında demokratların praymerizində təəccüb doğuran qələbəsi ilə səslərin çoxunu toplayıb. Bu arada respublikaçı Donald Tramp Miçiqan, Mississippi və Havayda qələbə çalıb.

Bir çox sorğular sabiq dövlət katibi Hillari Klintonun Miçiqanda qalib gələcəyini göstərsə də, Sanders bu ştatda səslərin 50 faizini alıb.

Beynəlxalq azad ticarət razılığının əleyhinə çıxışı ilə senator ştatın işçi sinfiindən olan sakinlərinin dəstəyini qazanıb. Bir çoxları Miçiqan və digər ABŞ ştatlarında fabrik və zavodların bağlanmasında beynəlxalq azad ticarət razılığını təqsirləndirir.

Dünən Klinton asanlıqla cənub Mississippi ştatında qələbə qazanıb. Miçiqanda səslərin nəticələri sayılan zaman Klinton digər sənaye ştatı olan Ohayo yaxınlığında toplantı keçirib.

Respublikaçılardan isə milyarder Donald Tramp 2012-ci ildə prezidentliyə nominasiya edilmiş Mit Romni də daxil olmaqla, bir çox qabaqçıl respublikaçının təyziqlərini cavablandırıb.

“16 nəfərin 16 fərqli tərəfdən mənə hücum etməsini gördükdə prezidentliyə nominansiya edilmək istəmirəm. Mən qalib gəlməliyəm, mən onları yerlərində oturtmalıyam” - deyə Tramp bildirib.

Respublikaçı liderlər Trampın qarşısını almaq üçün intensiv səylər göstərir. Onlar Trampın noyabrda Klinton demokrat namizəd olsa, Trampın məğlub olacağını deyir.

Bir neçə Tramp əleyhinə təşkilatlar əsasən Florida və İllinois ştatlarında gələn həftə Tramp əleyhinə reklamlar üçün milyonlarla dollar xərcləyir.

XS
SM
MD
LG