Accessibility links

Tramp seçkilər zamanı saxtakarlıqlara yol verildiyini iddia edir


ABŞ prezidenti Donald Tramp noyabr seçkiləri zamanı milyonlarla qeyri-qanuni mühacirin Klintona səs verməsi ilə ona ümumi seçkilərdə qələbə qazanmasına mane olduğunu iddis edir. Trump bunu Twitter hesabında bildirib.

Tramp araşdırmalar və əlində olan məlumatlara əsasən belə qənaətə gəlib

Dünən Ağ Evin mətbuat katibi Şon Spayser müxbirlər qarşısında 3-5 milyon arasında qanusuz mühacirin demokrat Hillari Klntona səs verdiyinə dair əsaslandırılmamış iddiaları yenidən təkrarlayıb. Yeni prezident bu iddianı bir gün öncə Konqres liderləri ilə görüşdə səsləndirmişdi.

"Bu, onun inancıdır" desə də, mətbuat katibi heç bir dəlil göstərməyib. Spayser deyib ki, Tramp araşdırmalar və əlində olan məlumatlara əsasən belə qənaətə gəlib.

Lakin seçki rəsmiləri noyabr seçkilərində, xüsusilə də Tramp tərəfdarları tərəfindən saxtakarlığa yol verildiyinə dair heç bir dəlil omadığını bildirir.

Ağ Evdə bir neçə müxbir Spayserə bu bir sual ünvanlayıb: Əgər Tramp saxtakarlığa yol verildiyindən əmindirsə, niyə təhqiqata göstəriş vermir?

Spayser isə prezidentin Seçki Kollegiyasndakı qələbəsindən əmin olduğunu və hazırda onun seçkiqabağı kampaniyalar zamanı verdiyi vədləri həyata keçirdiyini deyib. Lakin o, gələcəkdə bununla bağlı araşdırma aparıla biləcəyinin mümkünlüyünü də qeyd edib.

Şon Spayser
Şon Spayser

Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Rayan müxbirlərə deyib ki, seçki saxtakarlığına yol verildiyinə heç bir əsas yoxdur. Senatda resplikaçıların əksəriyyət lideri Mirç Makkonnel isə saxtakarlılara yol verildiyini, lakin bunun qədəri ilə bağlı həmişə mübahisələr olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG