Accessibility links

Tramp: Mühacirət sərəncamının dinə dəxli yoxdur, terrora qarşıdır


ABŞ Daxili Təhlükəsizlik Naziri Con Kelli hesab etdiyini bildirib ki, daimi yaşayış hüququ (green card) olan şəxslərin ABŞ-a buraxılması milli maraqla uyğun gəlir və bu, Prezident Donald Trampın qaçqınlar və mühacirətlə bağlı imzaladığı son sərəncama zidd deyil.

Kellinin bəyanatı Trampın mühacirəti məhdudlaşdırmaqla bağlı qərarı ətrafında dolaşan bəzi çaşqınlıqlara müəyyən aydınlıq gətirir. Həmin srəncam 7 müsəlman ölkəsindən mühacirəti 90 günlük müddətə dayandırır. Prezident sərəncamı həmin ölkələrin terrora rəvac verməsi ilə əlaqələndirir.

Amerika qürurlu mühacirlər ölkəsidir və biz zülmdən qaçan insanlara rəhm göstərməkdə davam edəcəyik, ancaq biz bunu öz ölkəmizin vətəndaşlarını və sərhədlərini qoruyaraq həyata keçirəcəyik.

Qlobal miqyasda şikayətlərlə üzləşən Prezident Tramp öz sərəncamını müdafiə edərək bunun dinə dəxli olmadığını, məqsədin Amerikanı “terrordan qorumaq və ölkənin təhlükəsizliyini təmin etmək “ olduğunu bəyan edib.

“Amerika qürurlu mühacirlər ölkəsidir və biz zülmdən qaçan insanlara rəhm göstərməkdə davam edəcəyik, ancaq biz bunu öz ölkəmizin vətəndaşlarını və sərhədlərini qoruyaraq həyata keçirəcəyik,” deyə o, Ağ Evdə verdiyi bəyanatda bildirib.

Prezident öz sələfi Barak Obamanın 7 ölkəni – İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməni terror mənbəyi olan ölkələr kimi müəyyən etdiyini vurğulayıb.

Visa qadağaları 7 ölkəni əhatə edir
Visa qadağaları 7 ölkəni əhatə edir

Tramp əlavə edib ki, 40-dan çox müsəlman çoxluğa malik ölkələrə bu sərəncam şamil edilmir və o, medianı bunu müsəlmanlara qadağa kimi təsvir etdiyinə görə tənqid edib.

Trampın cümə günü imzaladığı sərəncam azı 90 gün qüvvədə qalacaq və qərar geni yayılmış çaşqınlığa yol açıb. Qaçqlnlar, “green card” sahibləri, tələbələr, işçilər Amerika aeroportlarında saxlanılmış, bir çoxları ABŞ-a uçacaq təyyarələrə buraxılmamışlar.

XS
SM
MD
LG