Accessibility links

Prezident Tramp mühacirətlə bağlı sərəncamını müdafiə edib


دیوار برلین از زمان ساخت چند بار تجدید شد و هر بار استحکام آن بیشتر شد. این عکس از ساخت دیوار به اوت ۱۹۶۱ بازمی‌گردد
دیوار برلین از زمان ساخت چند بار تجدید شد و هر بار استحکام آن بیشتر شد. این عکس از ساخت دیوار به اوت ۱۹۶۱ بازمی‌گردد

Hüquq müdafiəçilərinin tənqidləri ilə üzləşən ABŞ Prezidenti Donald Tramp ölkəyə qaçqınların və 7 müsəlman çoxluqlu ölkələrdən olan vətəndaşların daxil olmasını qadağan edən sərəncamını müdafiə edib.

Bazar ertəsi göndərdyi Twitter mesajlarında Tramp Daxili Təhlükəsizlik Naziri General Con Kellinin ona “hər şeyin yaxşı getdiyini” söylədiyini bildirib. O, aeroportlarda yaranmış problemləri Delta avia-şirkətinin kompüter sistemində yarananan nasazlıqla, etirazçılarla və Senatın Demokrat azlığının rəhbəri Çak Şumerin “göz yaşları” ilə əlaqələndirib.

Bazar günü göz yaşlarını boğan Şumer verdiyi bəyanatda Prezident Trampı sərəncamı ləğv etməyə çağırmışdı.

Çak Şumerin reaksiyası
please wait

No media source currently available

0:00 0:00:26 0:00

Cümə günü imzaladığı sərəncamda Tramp kampaniya əsnasında verdiyi vədə sadiq qalaraq ABŞ-a mühacirət etmək istəyənlərin “ektstremal yoxlamadan” keçməsinə göstəriş verib. Onun sözlərinə görə bu addımlar “radikal İslam terroristlərini” ölkədən kənarda saxlamağa yönəlib.

Biz ölkəmizə yalnız ölkəmizi dəstəkləyəcək, xalqımızı dərindən sevəcək adamları buraxmaq istəyirik.
Prezident Donald Tramp

“Biz ölkəmizə yalnız ölkəmizi dəstəkləyəcək, xalqımızı dərindən sevəcək adamları buraxmaq istəyirik,” deyə Prezident Tramp bildirib. O, əlavə edib ki, ABŞ heç vaxt 2001-ci il, 11 sentyabr terror hücumlarının dərslərini unutmayacaq. Həmin hücumlar zamanı hədəflərdən biri də içərisində 184 adamın həlak olduğu Pentaqon olmuşdu.

Sərəncam 7 müsəlman ölkəsindən - İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən mühacirəti 90 günlük müddətə dayandırır. Prezident sərəncamı həmin ölkələrin terrora rəvac verməsi ilə əlaqələndirir.

XS
SM
MD
LG