Accessibility links

Tramp hərbi qüvvələr və mühacirətlə bağlı sərəncamlar imzaladı


Prezident Tramp Pentaqonda sərəncamlar imzalayır. 27 yanvar, 2017.

Prezident Donald Tramp ali baş komandan olaraq Pentaqona ilk dəfə gələrək burada iki sərəncam imazalayıb.

Müdafiə Naziri Ceyms “Cim” Mattisin andiçmə mərasimində Prezident Tramp silahlı qüvvələrin “böyük yenidənqurması”-na dair icraçı memorandum imzalayıb. Memorandum yeni təyyarələrin, gəmilərin və başqa hərbi vasitələrin istehsalını nəzərdə tutur.

Biz ölkəmizə yalnız ölkəmizi dəstəkləyəcək, xalqımızı dərindən sevəcək adamları buraxmaq istəyirik.

İkinci sərəncamında Tramp kampaniya əsnasında verdiyi vədə sadiq qalaraq ABŞ-a mühacirət etmək istəyənlərin “ektstremal yoxlamadan” keçməsinə göstəriş verib. Onun sözlərinə görə bu addımlar “radikal İslam terroristlərini” ölkədən kənarda saxlamağa yönəlib.

“Biz ölkəmizə yalnız ölkəmizi dəstəkləyəcək, xalqımızı dərindən sevəcək adamları buraxmaq istəyirik,” deyə Prezident Tramp bildirib. O, əlavə edib ki, ABŞ heç vaxt 2001-ci il, 11 sentyabr terror hücumlarının dərslərini unutmayacaq. Həmin hücumlar zamanı hədəflərdən biri də içərisində 184 adamın həlak olduğu Pentaqon olmuşdu.

Prezident Tramp İŞİD-i yer üzündən siləcəyini deyib.
Prezident Tramp İŞİD-i yer üzündən siləcəyini deyib.

Sərəncamın tənqidçiləri “Heç Kəsi Arxada Qoymayaq” adlı təşkilatdır ki, bu, müharibə zamanı ABŞ üçün tərcüməçilik etmiş insanları himayə edir. Həmin qrupun bəyanatında deyilir ki, cümə günü imzalanmış sərəncam xarici tərcüməçilərin üzünə Amerikanın qapısını bağlayır. Halbuki bu adamlar ABŞ hrəbçiləri ilə çiyin-çiyinə xidmət ediblər və onlar indi ABŞ-da sığınacaq axtarırlar.

Pentaqonda yüksək rütbəli hərbi rəsmilərlə görüşən Prezident Tramp və vitse-prezident Mayk Pens İŞİD-ə qarşı yeni mübarizə metodlarını müzakirə ediblər.

ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, İŞİD-ə qarşı mübarizədə prezident əvvəlki administrasiya dönəmində masa üzərində olmayan variantların nəzərdən keçirilməsini arayacaq.

XS
SM
MD
LG