Accessibility links

Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla görüşüb


ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla Ağ Evdə görüş keçirir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdinin müavini Məhəmməd bin Salmanla Ağ Evdə görüş keçirib. Səudiyyə Ərəbistanının mətbuat agentliyinin verdiyi məlumata görə, görüş zamanı "iki ölkə arasında ikitərəfli münasibətlərin gücləndirilməsi və regionda birgə maraqları əhatə edən məsələlər" müzakirə edilib.

Bu, noyabr ayındaTrampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Səudiyyə Ərəbistanı kral ailəsi üzləri arasında Vaşinqtonu ziyarət edən ən yüksək səviyyəli nümayəndədir.

Ağ Ev görüşlə bağlı detalları açıqlamayıb, lakin gözlənildiyi kimi görüşdə qobal enerji qiymətləri, Suriya, İraq, Liviya və Yəməndə münaqişələr kimi məsələlər müzakirə edilib.Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri ABŞ-ın dəstəyi ilə Yəməndə İranın dəstəklədiyi şiə qüvvələrə qarşı iki ildir hərbi əməliyyatlar keçirir.

Səudiyyə Ərəbistanı həmçinin Suriyada ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələrinin İŞİD militantlarına qarşı hərbi kampaniyasına daxildir.

Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlər keçmiş prezident Barak Obama administrasiyasının regionda ölkənin rəqibi olan İranla nüvə razılığı əldə etməsindən sonra soyumuşdu.

Səudiyyə Ərəbistanı rəsmiləri Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması və Tramp administrasiyası ilə İranın regionda nüfuzunun azaldılması istiqamətində birgə iş aparıla biləcəyi ilə bağlı nikbinliklərini ifadə ediblər.

Eyni zamanda, Səudiyyə Ərəbistanı Amerika silahlarının ən böyük alıcısı və dünyanın ən böyük neft ixracatçısıdır.

XS
SM
MD
LG