Accessibility links

ABŞ prezidenti Donald Tramp bu həftə Çin prezidenti Şi Tsinpini Florida ştatında Mar-a-Laqodakı iqamətgahında qəbul edəcək. Lakin danışıqların atmosferi Floridanın yumşaq havası qədər xoş olmaya bilər.

Tramp Tvitter səhifəsindəki açıqlamalarında Çin prezidenti ilə görüşə dair proqnozlarını verərək, ABŞ-ın artıq "böyük ticarət defisiti və iş yerləri itkisi" olmadığına görə danışıqarın "olduqca çətin ola biləcəyini" bildirib.

Keçən həftə Ağ Evdə görüş zamanı Tramp ABŞ istehsalçılarına onun Çin prezidenti ilə görüşünün maraqlı olacağını deyib.

Çin lideri də belə görünür, görüşə əliboş gəlməyəcək.

Ağ Evin sözçüsü Şon Spayser

Ağ Evin sözçüsü Şon Spayser

"Mən gözləyirəm ki, çinlilər Şini Birləşmiş Ştatlarda infrastruktura investisiya və prezident Trampın secirilərə söz verdiyi iş yerlərinin açılması baxımından böyük və səxavətli hədiyyə paketi ilə göndərəcək"-deyə Stimson mərkəzinin təhilçisi Yun Sun Amerikanın Səsinə bildirib.

Bəzi təhlilçilərin fikrincə, Çin prezidentinin səfər zamanı əsas məqsədi qarşıdan gələn illər Ağ Evdə danışıqlar aparacağı şəxs haqda təsəvvür əldə etməkdən ibarət olacaq.

"Bu, həqiqətən də Donald Trampın xarakterinin testdən keçirilməsi olacaq"-deyə Milli maraqlara dair mərkəzdə müdafiə sahəsində araşdırlmaların rəhbəri Harri Kazianis bildirib.

Ağ Evin sözçüsü Şon Spayser Birləşmiş Ştatlar və Çin arasında bir neçə "böyük problemin olduğunu" qeyd edib.

"Cənubi Çin dənizindən tutmuş ticarət və Şimali Koreya məsələsinə qədər milli və iqtisadi təhlükəsizliklə bağlı məsələlər var ki həllini tapmalıdır. Fikrimcə, onlar arasında iki günlük danışıqlar zamanı masa üzərində bir çox məsələ olacaq"-deyə o, müxbirlərə bildirib.

Prezident Ağ Evə gəlməzdən əvvəl keçən il Çin haqda kəskin bəyanatlar verirdi. O, ticarət sahəsində ciddi cəza tədbirlərinin götürüləcəyini demişdi. Amma indiyə kimi belə addımlar atılmayıb.

The New York Times qəzetinin verdiyi məlumata görə, Çinin ABŞ-dakı səfiri Çui Tiankay Ağ Evin baş müşaviri və prezidentin eyni zamanda kürəkəni olan Cared Kuşnerdə iki ölkənin sammitin sonunda açıqlayacağı birgə bəyanat layihələrini göndərib.

Əsas diqqət vahid Çin siyasəti formulunun ifadə edilməsinə yönəlmiş olacaq.

Bu, Trayvanı özünün vilayəti hesab edən Pekin üçün olduqca mühüm məsələdir.

Birləşmiş Ştatlar 1979-cu ildə diplomatik münasibətləri Tayvandan Pekinə yönəldib. Lakin Trampın Tayvan prezidentindən təbrik zəngi qəbul etməsindən sonra bu siyasətlə bağlı müəyyən narahatlıqlar yaranmışdır.

Şi Tsinpinin ABŞ prezidenti Çinlə bağlı siyasəti bir daha təsdiq etməyənə qədər Trampla telefon söhbəti etmədiyi haqda xəbərlər verilib.

Cənubi Çin dənizindən tutmuş ticarət və Şimali Koreya məsələsinə qədər milli və iqtisadi təhlükəsizliklə bağlı məsələlər var ki həllini tapmalıdır. Fikrimcə, onlar arasında iki günlük danışıqlar zamanı masa üzərində bir çox məsələ olacaq.

Trampın "Amerika-birincidir" proqramı və Vaşinqtonun qlobal liderliyini azaltması istəyi Çinin dünya səhnəsində nüfuzunun artırması səylərinin gücləndiyi bir dövrə təsadüf edir. Honq-Konqda ingilis dilində çıxan China Morning Post qəzeti bunu qeyd edərək, ABŞ-Çin zirvə görüşü haqda məqaləyə belə bir başlıq verib: "Tramp və Şi görüşü: qlobal məsələlərdə baxışların toqquşmasına hazırlıq".

Təhlilçi Harri Kazianis Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar regionda geniş müttəfiqlik münasibətlərinə görə hələ də mühüm təsir mexanizmlərinə malikdir. "Çin isə müqayisədə əsas müttəfiq kimi yalnız Şimali Koreyanı göstərə bilər"-deyə o bildirib.

Lakin bəzi təhlilçilərin fikrincə, Tramp administrasiyasının Trans Sakit okean Tərəfdaşlıq sazişindən imtina etməsi Amerikanın regionda adına ləkə gətirib.

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Çin üzrə baş müşavir Kristofer Conson Çinin yüksək səviyyəli rəsmilərinin ABŞ prezidentinə Asiya biznesmeni və ya "transaksiya münasibətləri qura biləcəkləri bir" hakim kimi baxmasından narahatlığını ifadə edir.

O xəbərdarlıq edir ki, belə dəyərləndirmə Çin prezidentini məyus edə bilər, çünki prezidentin Trampın ticarət qeyri-tarazlığı məsələsində qəti mövqe tutacağı gözlənilir.

Digər təhlilçilər də razılaşır ki, ticarət məsələsinə gəldikdə prezident Tramp qəti mövqe nümayiş etdirəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG