Accessibility links

ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp mətbuatı onun şərhlərini təhrif etməkdə günahlandırıb. Belə ki, Trampın silah hüquqlarından danışarkən Demokrat rəqibi Hillari Klintona qarşı zorakılığa çağırdığı bildirilir.

O, Ali Məhkəməyə təyinatlarla bağlı prezidentin qərarı barədə deyib ki, Klinton çox güman ki, amerikalıların silah daşımasına dair ikinci düzəlişi ləğv edəcək.

"Əgər o, hakimləri seçməli olsa, siz heç bir şey edə bilməyəcəksiniz. Hərçənd ki, ikinci düzəlişin tərəfdarları var -- ola bilsin. Mən bilmirəm."

Daha sonra Tramp Fox News-a siyasi hərəkatı nəzərdə tutduğunu və onun şərhlərinin interpretasiyasına ehtiyac olmadığını deyib.

Lakin Klinton kampaniyası Trampın söylədiklərinin təhlükəli olduğunu bildirir.

Kampaniya meneceri Rokki Muk deyib ki, prezident olmağa çalışan insan zorakılığı təbliğ edə bilməz.

Hillari Klinton ötən ay Demokratların Milli Qurultayı zamanı məqsədinin insanların silahlarını əllərindən almaq deyil, yalnız məqsədyönlü islahatlara ehtiyac olduğunu deyib.

Trampa dəstək verən Milli Silah Assosiasiyası Twitter-də seçkilərin ikinci düzəlişlə əlaqələndirilməli olduğunu bəyan edib.

XS
SM
MD
LG