Accessibility links

Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşəcək


Cümə günü ABŞ-ın növbəti prezidenti Donald Trampla görüşü zamanı Yaponiyanın baş naziri Şinzo Abenin ölkəsi və Birləşmiş Ştatlar arasındakı təhlükəsizlik müttəfiqliyinin vacibliyini vurğulayacağı gözlənilir.

Yaponiyanı tərk etmədən öncə Abe müxbirlərə bu görüşdən Trampla gələcəyə baxışlarını müzakirə etmək üçün istifadə edəcəyini deyib.

Seçki kampaniyası zamanı Tramp ABŞ-Yaponiya münasibətlərinin bəzi təməllərini sual edib və ABŞ-ın Yaponiyanı müdafiə ilə təmin etmək üçün çox əmək və pul sərf etdiyini deyib.

O, Yaponiya və regiondakı digər ölkələrə nüvə silahları inkişaf etdirməyə yol vermək və ABŞ-ın o ölkələrə qoşun yerləşdirilməsi üçün daha yüksək ödəmələr tətbiq etmək fikrini ortaya qoyub.

ABŞ-ın Yaponiyada 53 min hərbi personalı, onların 43 min ailə üzvü və Müdafiə Nazirliyinin 5 min mülki işçisi var.

Müdafiə alyansının tərəfdarları iddia edir ki, ABŞ-ın dünyanın o bölgəsində qoşun yerləşdirməsi Yaponiyaya faydalarından savayı ABŞ üçün də strateji mənfəətləri var.

Ötən həftə seçkidə qalib gələndən bəri Tramp Misir prezidenti Əbdel Fəttah Əl-Sissi, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin daxil olmaqla, bir sıra dünya lidelrəri ilə telefonda danışıb. Lakin Abe ilə görüş Trampın yanvarda vəzifəsinin icrasına başlamadan öncə bir dünya lideri ilə ilk təkbətək görüşü olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG