Accessibility links

Trampın xarici siyasətlə bağlı mövqeyi narahatlıq mövzusudur


President-elect Donald Trump gives his acceptance speech during his election night rally, Nov. 9, 2016, in New York.

President-elect Donald Trump gives his acceptance speech during his election night rally, Nov. 9, 2016, in New York.

Donald Trampın seçkiqabağı kampaniyaları zamanı səsləndirdiyi şərhlər onun xarici siyasət kursuna dair narahatlıqlara səbəb olub.

Respublikaçıların praymerisi zamanı Amerikaya yenicə prezident seçilən Tramp İslam Dövlətinə qarşı mübarizə kimi mühüm məsələrlə bağlı qeyri-müəyyən planlar açıqlamışdı.

Trans-Sakit okeanı tərəfdaşlıq sazişi (TTP), İranla nüvə razılığı, Paris İqlim dəyişikliyi sazişindən çıxılması kimi digər məsələlərə gəlincə isə o, olduqca sərt mövqedən çıxış edib. Bu məsələlər Obama adminitsrasiysının nail olduğu əsas prioritetlərdir.

Yeni Zelandiyada olan ABŞ dövlət katibi Con Kerri Konqres tərəfindən təsdiq edilməyən TPP-nin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İqlim dəyişikliyi

Kerri Amerikanın iqlim dəyişikliyi ilə bağlı sazişlərə sadiq qaldığına baxmayaraq, növbəti adminitrasiyanın məsələyə necə yanaşacağının gözlənildiyini bildirib. Dövlət katibi amerikalıların əksəriyyətinin iqlimin dəyişdiyinə inandığını vurğulayıb.

Con Kerri

Con Kerri

Antarktidaya səfərindən sonra Kerri Trampın skeptisizminə qarşı birliyə səsləyib.

Yeni administrasiyanın onun irsini pozmaq niyyətinə baxmayaraq, Kerri keçid dövrünün nizamlı şəkildə həyata keçirilməsinə çalışacağını deyib.

Xarici siyasət

Trampın xarici siyasət mövqeyi narahatlıqlar mövzususudr. Belə ki, onun Rusiya prezidenti Vladimir Putini tərifləməsi, NATO ilə bağlı mövqeyi, müsəlmanlara Amerikaya gəlmələrinə qadağa tətbiq etməsi və Meksika ilə sərhəddə divar tikilməsi kimi məsələlər narahatlılara yol açıb.

NATO-nun baş katibi, Donald Trampın alyansı tənqid etməsinə cavab olaraq ona ciddi xəbərdarlıq edib və 11 sentybar terror hücumunu unutmamağı məsləhət görüb.

Qərb mediasının xəbərlərində deyilir ki, Cens Stoltenberqin xəbərdarlığı ABŞ prezidenti seçilmiş Donald Trampın Qərbi narahat edən bəyanatlar verməsi ilə bağlıdır.

Alyans başçısı deyib ki, misli görünməmiş təhlükə şəraitində ABŞ və Avropa birliklərini qoruyub saxlamalıdır.

Tramp seçki kampaniyası zamanı NATO-ya üzvlük haqqı verməyən ölkələrə dəstək verilməyəcəyi ilə hədələmişdi.

Cens Stoltenberq

Cens Stoltenberq

​Stoltenberq xatrıladıb ki, NATO üzvlərinin kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddədən indiyədək yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ üzərinə terror hücumu zamanı istifadə edilib.

NATO rəhbəri deyib ki, o vaxtdan bəri minlərlə Avropa əsgəri Əfqanıstanda xidmətdədir.

“Onların min nəfərindən çoxu buna görə həyatını qurban verib” – deyib Stoltenberq.

Eyni zamanda Stoltenberq NATO üzvlərinin təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi barədə Trampın iradlarını bölüşdüyünü deyib, lakin eyni zamanda işarə edib ki, onun Rusiyaya yönəlik bəyanatları ciddi narahatlıq doğurur.

Kreml ümid etdiyini bildirib ki, Donald Tramp NATO-nu qoşunlarını Rusiya sərhədlərindən çəkməyə sövq edəcək.

Show comments

XS
SM
MD
LG