Accessibility links

Donald Tramp müsəlmanlarla bağlı təklifindən sonra seçicilərin mənfi rəyini qazanıb


Son rəy sorğularına görə, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp müsəlmanların Amerikaya buraxılmaması təklifindən sonra seçicilərin mənfi rəyini qazanıb.

NBC News/Wall Street Journal-ın keçirdiyi sorğularda respondentlərin 57 faizi Trampın təklifinin əleyhinə olduğunu, 25 faizi isə onunla razılaşdıqlarını bildirib.

Respublikaçılar Partiyasıüzvlərinin 42 faizi Trampa müsbət rəy verib.

Demokratların 75, müstəqillərin isə 55 faizi Trampın əleyhinə olduqlarını bildirib.

Associated Pressin sorğusuna görə, hər 10 respublikaçı seçicidən 8-i Trampı qətiyyətli və bacarıqlı namizəd hesab edir. Sorğu Trampın müsəlmanlarla bağlı şərhindən əvvəl keçirilib.

NBC News/Wall Street Journal-ın dekabrın 6-sı ilə 9-u arasında keçirdiyi sorğularda amerikalıların 59 faizi müsəlmanlara dair müsbət rəy verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG