Accessibility links

Türkiyə ABŞ prezidenti Donald Trampın Suriyada təhlükəsiz zonalar yaratmaq planı barədə şərh vermək üçün hələ çox tez olduğunu deyir.

Cümə axşamı Türkiyə xarici işlər nazirinin sözçüsü Hüseyin Müftüoğlu müxbirlərə deyib ki, Tramp ABŞ-ın Müdafiə Nazirliyi və Dövlət Departamentinə Suriyada mülki vətəndaşlar üçün münaqişədən qorunacaqları zonaların yaradılmasına dair araşdırma aparmaları üçün göstəriş verəcək.

Suriya ilə sərhəd bölüşən Türkiyə uzun zamandır təhlükəsiz zonaların yaradılmasına çağırır. ABŞ-ın keçmiş prezidenti Barak Obama bu ərazilərin qorunması ilə bağlı çətinlikləri, bunun üçün ABŞ-ın oraya quru qoşun göndərmək və ya uçuşlara qadağa bölgələrin yaradılması üçün hava missiyasının genişləndirilməsi ehtimalını səbəb gətirərək, bu fikri dəstəkləmirdi.

Əslində Türkiyə sərhəd bölgəsindən İŞİD döyüşçülərini qovmaq üçün ötən il başlatdığı hava və quru hücumları vasitəsilə Suriyanın daxilində bu cür zonalar yaradıb.

Rusiyada isə prezidentin sözçüsü Dmitri Peskov müxbirlərə Tramp administrasiyasının rəsmi Moskva ilə məsləhətləşmədiyini deyib. O həmçinin əlavə edib ki, uçuşlara qadağa bölgəsinin yaranmasının bütün mümkün nəticələri nəzərə alınmalıdır.

XS
SM
MD
LG