Accessibility links

Donald Tramp bu gün dünya liderləri ilə telefon söhbətləri keçirir. Danışıqlara Rusiya prezidenti Vladimir Putin də daxildir.

Bu,Tampın and içərək prezidentlik vəzifəsinə başlamasından sonra dünyanın iki qüdrətli lideri arasında ilk danışıq olacaq. Onlar keçən ilin noyabr ayında, Donald Tramp prezident seçildikdən sonra danışmışdılar.

Prezident seçkilərindən sonra həm Tramp, həm də Putin iki ölkə arasında münasibətləri normallaşdırmaq arzusunda olduqlarını demişdilər.

Sabiq prezident Barak Obamadan fərqli olaraq, Birləşmiş Ştatların hazırkı lideri Rusiya və Putinlə münasibətlərin daha yaxşı olmasını istədiyini deyib. Tramp Obama administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək istəyir.

Donald Trampı tənqidçilərini onun Putinlə münasibəti narahat edir. Birləşmiş Ştatların Kəşfiyyat Agentliyinin prezident seçkilərində Trampın qalib gəlməsində Rusiyanın əli olduğunu bildirməsindən sonra prezidentliyə demokrat namizəd Hilları Klinton Trampın Putinin marionetkası olduğunu deyib.

Siyahıda birinci yeri Yaponiya lideri Şinzo Abe tutub Telefon söhbəti Trampın nəhəng ticarət razılığı olan Trank-Sakit okeanı tərəfdaşlığından çıxmasına dair sərəncam imzalamasından sonraya təsadüf edib. Həmin razılıqda ABŞ və Yaponiydan başqa 10 ölkə yer alır.

Abe də sabiq prezident Barak Obama kimi dünya ticarətinin 40 faizini təşkil edən razılığın tərəfdarıdır.

Prezidentin növbəti həmsöhbəti Almaniya kansleri Angela Merkel olub. Ötən il Merkel həmvətənlərinə qaçqınlara yer verilməsi ilə müraciət etmişdi. Qaçqın axını ölkədə neqativ reaksiyalara yol açıb.

Rusiya prezidentin telefon söhbəti siyahısında üçüncü yerdədir.

Gün ərzində ABŞ dövlət baçısı Fransa prezidenti Fransua Olland və Avstraliyanın baş naziri Malkolm Tornbulla danışmalıdır.

XS
SM
MD
LG