Accessibility links

Trampın temperamenti seçki gündəmində əsas məsələyə çevrilir [Video]


Bir çox seçici üçün bu il Respublikaçı Donald Tramp və Demokrat Hillari Klinton arasında prezidentlik uğrunda yarış dəyişiklik vəd edən namizədlə sabitlik vəd edən namizəd arasında bir seçim etmək deməkdir. Dəyişiklik və temperament məsələləri Ağ Ev uğrunda kampaniyada böyük yer alır.

Demokrat Hillari Klinton Pensilvaniyada vitse-prezident Co Baydenlə seçki kampaniyası aparıb.

Şübhəsizdir ki, Tramp Birləşmiş Ştatların prezidenti və ali baş komandanı olmağa tamamilə uyğunsuz və temperamenti baxımından yarasızdır.

Seçicilərin Donald Trampın prezidentliyə uyğun olub-olmadığı ilə bağlı narahatlıqları səbəbilə son rəy sorğularında Hillari Klinton önə keçib.

“Şübhəsizdir ki, Tramp Birləşmiş Ştatların prezidenti və ali baş komandanı olmağa tamamilə uyğunsuz və temperamenti baxımından yarasızdır,” deyə Klinton bildirib.

Son rəy sorğuları göstərir ki, amerikalıların üçdə biri Trampın, hər onundan altısı ilə Klintonun prezident olmaq üçün lazımı temperamentə sahib olduğuna inanır.

Lakin həmin rəy sorğularında bir çox seçicinin də, əsasən dövlət katibi olduğu dövrdə şəxsi emailindən istifadə etdiyinə dair qalmaqallar səbəbilə Klintona etimad etmədiyini göstərilir.

Bu yaxınlarda Ohayoda xarici siyasəti ilə bağlı çıxışında Tramp diqqəti Klintonun üzərinə yönəltməyə çalışıb.

“Hər dəfə yeni bir insident bir daha sübut edir ki, Hillari Klinton Berni Sandersin dediyi kimi, ölkəmizi idarə etmək üçün qərar vermək qabiliyyətinə, habelə sabitlik, temperament və mənəvi xarakterə sahib deyil,” deyə Tramp bildirib.

Hillari Klinton

Hillari Klinton

Tramp xalqın dəyişiklik arzusundan faydalana bilər. Əhalinin təxminən üçdə ikisi ölkənin yanlış istiqamətdə olduğunu deyir.

Ancaq rəy sorğularında hər iki namizəd mənfi imicə sahibdir deyə, Qallup sorğusunu aparan Frank Nyuport bildirir.

O deyir ki,” Sorğuda iştirak edən amerikalıların 63 faizi Donald Tramp barədə mənfi rəy bildirib. Hillari Klinton üçün isə bu göstərici 55-56 faizdir. Yəni onun mənfi reytinqi o qədər də yüksək deyil.”

Son həftələr ərzində baş verən bəzi qalmaqallardan sonra Trampın temperamenti seçki gündəmində əsas məsələyə çevrilib.

Mən dəyişmək istəmirəm. Hər kəs “sən nə zaman dəyişəcəksən” deyə soruşur. Mən dəyişmək istəmirəm. İnsan nədirsə o olmalıdır.

Təhlilçi Skot Folkner deyir ki, Respublikaçıların çoxu Trampın ritorikasını yumşaltmağını və diqqətini Klintona yönəltməsini istəyir.

“O indi dəyişiklik etməlidir. Bu isə deməkdir ki, o, Amerika xalqının daha böyük kütləsini cəlb etməlidir,” deyə Folkner bildirir.

Tramp yenidən kampaniyasının idarə heyətində dəyişkliklər edib. Ancaq mübahisəli kampaniya üslubunu dəyişməməkdə qərarlıdır.

“Mən dəyişmək istəmirəm. Hər kəs “sən nə zaman dəyişəcəksən” deyə soruşur. Mən dəyişmək istəmirəm. İnsan nədirsə o olmalıdır,” deyə Tramp bildirib.

Klinton ən son milli və ştat üzrə rəy soğrularında öndə gedir. Trampın isə kampaniyasını nizama salmaq şansı sentyabrın sonunda keçiriləcək ilk debatda əlinə keçə bilər.

XS
SM
MD
LG