Accessibility links

Prezident Donald Trampın tərəfdarları şənbə günü ölkə boyu bir sıra yürüşlərin keçirilməsini planlaşdırıb.

"Amerika ruhu" nümayişləri Main Street Patriots adlı qrup tərəfindən təşkil olunub. Qrupun üzvləri səkkiz ilə bundan əvvəl federal hökumətin işi ilə bağlı narahatlıqları ifadə edən Çay partiyası (Tea Party) hərəkatının təşkilatçılarından ibarətdir.

Qrupun lideri və Çay partiyası hərəkatının təsisçisi Debbi Doli (Debbie Dooley) Time jurnalına müsahibəsində deyib ki, şənbə gününə planlaşdırılmış tədbirlər Trampın siyasi rəqiblərinin son zamanlar neqativ fəaliyyətlərinə müsbət cavab xarakteri daşıyır.

"Bu, Çay partiyası hərəkatının yürüşü deyil. Biz buna və ona qarşı deyilik. Biz diqqəti neqativ şüarların olmamasına yönəltmişik, onların müsbət əhval-ruhiyyə yaratmasına çalışırıq"-deyə o bildirib.

Main Street Patriots qrupunun təsisçisi Ralf Kinq deyib ki, yürüşlər demokrat müxalifətə qarşı yönəlməyib və Trampa dəstək verməyən respublikaçıları utandırmaq məqsədi daşıyır.

"Donald Trampın qarşısında ən böyük sədd respublikaçılardır"-deyə Kinq Klivlenddə onlayn dərgiyə müsahibəsində bildirib.

ABŞ-ın müxtəlif şəhərlərində Trampa dəstək məqsədilə 60-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub. Buraya paytaxt Vaşinqton kimi böyük şəhərlərlə yanaşı, Kaliforniyanın cənubunda cəmi 19 min əhalisi olan kiçik Konvey şəhəri və uzaq Havay adalarında Honolulu daxildir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG