Accessibility links

Tramp Texasda gərgin rəqabətlə qarşılaşa bilər


Donald Trampı Texasda gərgin rəqabət gözləyir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Birləşmiş Ştatlar prezident seçkilərində respublikaçı namizəd Donald Tramp Respublikaçılar partiyasının əsas istinadgahı olan Texas ştatında çətin rəqabətlə qarşılaşa bilər. 2008-ci ildə respublikaçı namizəd Con Makkeyn ştatda 12 faiz, 2012-ci ildə isə Mit Romni 16 faizlə üstünlük əldə etmişdi. Lakin son rəy sorğuları Tramp və demokrat namizəd Hillari Klinton arasında 6 faiz fərq olduğunu göstərir. Texas ştatında seçkinin nəticələrinə gənclərin və ispan mənşəli seçicilərin səsləri təsir göstərə bilər.

Hyuston universitetində dərslər başlayıb. Mariya Viyanaz səs vermək üçün seçiciləri qeydiyyatdan keçirir. O, “Mənim ailəm səs verir” adlı qeyri-kommersiya təşkilatının nümayəndəsidir. Mariya xüsusilə də universitet tələbələrinin 40 faizindən çoxunu təşkil edən ispan mənşəli gənclərin prosesə qatılmasına çalışır.

Mariya Viyenas: “Mən burada valideynlərinin qeydiyyatdan keçməsini istəyən uşaqları görürəm, onlar valideynləri üçün qeydiyyat vərəqlərini alır, valideynlərini səsverməyə aparır.”

Hyuston universitetinin professoru Deyvid Branham tələbələrin valideynlərinin siyasi prosesdə fəal iştirakına çalışdığına işarələri müşahidə etdiyini bildirir. “Gənclərin siyasi prosesdə fəallığa nail olmaq üçün valideynlərinə təsir göstərməsi qeyri-adi bir şey deyil. Valideynlər hər şeylə razılaşmasalar da, onlar bu haqda danışır və diskussiya başlayanda, özün də fəal olmağa başlayırsan.”

Texas ştatında demokratların əsas strategiyası ispan mənşəli seçicilər və gənclərin dəstəyini almaq üzərində qurulub. Bu qrupa aid olan seçicilərin böyük əksəriyyəti Trampın ritorikasından narazı qalan insanlardır.

Emi Qarsiya, tələbə: “Mən Donald Trampın etdikləri və söylədikləri ilə razı deyiləm, ona görə də onun prezident olmasını istəmirəm.”

Lora Monteneqro, universitet təmsilçisi:”O artıq meksikalılar, qadınlar və başqaları haqda pis sözlər danışmaqla özünün nə qədər pis olduğunu göstərib.”

Əgər Tramp vaxtını və resurslarını respublikaçıların istinadgahı olan Texas ştatında sərf etsə, bu, onun bir sıra mühüm ştatlarda səylərinə təsir göstərə bilər.

Preofessor Deyvid Branham: ”Əgər Texas oyundadırsa, bu, Donald Tramp üçün yaxşı xəbər deyil.”

Tramp üçün daha bir problem ondan ibarətdir ki, Texasdakı respublikaçıların böyük əksəriyyəti ştatı təmsil edən mühafizəkar senator Ted Kruza səs verib. Kruz isə Trampa dəstək verməkdən imtina edib.

Lakin Texasda Tramp əleyhdarı respublikaçılar Hillari Klintonun da qəti şəkildə əleyihə çıxır.

Professor Deyvid Branham: ”Mən namizədlərdən hansısa səslərin 50 faizdən çoxunu alsa çox təəccüblənərəm. Mənə elə gəlir ki, seçicilərin 10 faizi prezidentliyə namizədlərdən heç birinə səs verməyəcək.”

Texasda namizədlər arasında fərq az olsa, nəticələr Trampa dəstək verən respublikaçıların sayı və demokratların ispan mənşəliləri və gəncləri səsverməyə təşviq etmə səylərinin nə dərəcədə müvəffəq olmasından asılı olacaq.

Nəticələrə təsir göstərə biləcək daha bir amil ondan ibarətdir ki, Texasda respublikaçılara səs verən ispan mənşəlilərin sayı başqa ştatlarda olduğundan daha çoxdur və Trampın mühacirətlə bağlı sərt təklifləri onları iqtisadi problemlər və işsizlik qədər narahat etməyə bilər.

Texasda 1994-cü ildən bəri keçirilmiş bütün seçkilərdə respublikaçılar ispan mənşəli seçicilərin səslərinin üçdə birini əldə edib və ştatda ağ mühafizəkar seçicilər arasında yüksək fəallığa nail olaraq, beləliklə özlərinə qələbəni təmin edə bilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG