Accessibility links

Təhlilçilər: Trampın təcridçi baxışları dünya sabitliyinin təməli olan ABŞ rəhbərliyini  sarsıda bilər [Video]


Təhlilçilər: Trampın təcridçi baxışları dünya sabitliyinin təməli olan ABŞ rəhbərliyini  sarsıda bilər
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Təhlilçilər: Trampın təcridçi baxışları dünya sabitliyinin təməli olan ABŞ rəhbərliyini  sarsıda bilər

Respublikaçılar düşərgəsində öndə gedən namizəd Donald Tramp deyir ki, o, Birləşmiş Ştatların İkinci Dünya Müharibəsindən sonra yaranan beynəlxalq ittifaqlar çərçivəsində çox pis rəftarla üzləşdiyini hiss edir və bu, ABŞ qoşunlarını “döyüşməkdən” çəkindirir.

O, Putinin Rusiyası kimi daha avtoritar rejimlərlə əlaqələri inkişaf etdirmək istəyir. Bu da ABŞ-ın xarici siyasətində inqilaba bərabər bir addım ola bilər.
Tomas Rayt

O, noyabrda prezident seçilsə böyük dəyişikliklər edəcəyinə söz verib.Təhlilçi Tomas Rayt və digər ekspertlər Trampın təkliflərinin ABŞ-ın xarici siyasətində “inqilaba” bərabər olacağını deyir.

Milyarder Donald Tramp seçki kampaniyasını gücləndirib və ABŞ-ın xarici siyasətini alt-üst etməyə hazırlaşır.

Tramp deyir ki, Birləşmiş Ştatların infrastrukturu dağılır və bu, Amerikanın dünyanın keşikçisi olmaq imkanlarını azaldır.

Bu yaxınlarda baş tutan müsahibəsində o, dünyanın ən nəhəng hərbi ittifaqı barədə mənfi rəylər səsləndirib.

Donald Tramp
Donald Tramp

“NATO artıq köhnəlib. 67, ya da 60 ildən çoxdur mövcuddur. Bir çox ölkə bu ittifaqın üzvüdür, amma orada terrorizm müzakirə olunmur. Orada Sovet İttifaqı müzakirə olunur ki, o artıq mövcud deyil. Ona görə də, NATO yenidən düzəldilməlidir, daha yaxşı olmaq üçün dəyişməlidir.”

Trampın NATO ilə bağlı şərhləri və ABŞ-ın Yaponiya və Cənubi Koreyanın təhlükəsizliyini təmin emək üçün həddindən artıq vəsait xərcləməsi ilə bağlı dedikləri onun uzun zamandır tutduğu mövqeyini əks etdirir, deyə beynəlxalq siyasət üzrə ekspert Tomas Rayt bildirir.

“O, uzun zamandır Amerikanın Asiya, Avropa və Yaxın Şərq ilə qurduğu ittifaqlardan narahatdır. O, ABŞ-ın son onillər ərzindəki bütün iqtisadi öhdəliklərindən və əldə etdiyi ticarət razılıqlarından narazıdır. O, Putinin Rusiyası kimi daha avtoritar rejimlərlə əlaqələri inkişaf etdirmək istəyir. Bu da ABŞ-ın xarici siyasətində inqilaba bərabər bir addım ola bilər."

Respublikaçıların xarici siyasət isteblişmenti onunla razılaşmır. Onlar Trampın təklifləri qarşısında şok vəziyyətdədirlər və onun dediklərinə etiraz edirlər. Bu da Trampın onunla razılşacaq insanlar tapmasını çətinləşdirir.
Tomas Rayt

Tramp respublikaçı senator Ceff Seşnsın onun xarici siyasət üzrə müşavirlərdən ibarət komandasına başçılıq etdiyini bildirsə də, müşavirlərin tam siyahısını açıqlamaqda ləngiyir. Rayt bunun sadə bir səbəbi olduğunu deyir.

"Respublikaçıların xarici siyasət isteblişmenti onunla razılaşmır. Onlar Trampın təklifləri qarşısında şok vəziyyətdədirlər və onun dediklərinə etiraz edirlər. Bu da Trampın onunla razılşacaq insanlar tapmasını çətinləşdirir.”

Rayt iddia edir ki, əgər Tramp seçilsə, onun təcridçi baxışları dünya sabitliyinin təməli olan ABŞ rəhbərliyini sarsıda bilər.

XS
SM
MD
LG