Accessibility links

Prezident Donald Tramp ABŞ və Yaponiya arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu deyib və iki ökə arasında alyansı Şərqi Asiya regionunda sülhün dayağı adlandırıb.

"Biz Yaponiyanın təhlükəsizliyinə, onun inzibati nəzarətində olan bütün sahələrə və bu olduqca mühüm aylansın gələcəkdə daha da gücləndirilməsi işinə sadiq qalırıq"-deyə Tramp Ağ Evdə Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə mətbuata konfransında bildirib.

Abe Trampla iqtisadi danışıqların yeni çərçivəsi ilə bağlı razılıq əldə edildiyini və Trans-Sakit okean Ticarət Tərəfdaşlığına dair müqavilənin danışıqların diqqət mərkəzində olduğunu bildirib. Tramp deyib ki, iki ölkə arasında ticarət münasibətləri "azad, ədalətli və qarşılıqlı" xarakter daşımalıdır.

Prezident Donald tramp və baş nazir Şinzo Abe Ağ Evdə birgə mətbuat konfransı zamanı

Prezident Donald tramp və baş nazir Şinzo Abe Ağ Evdə birgə mətbuat konfransı zamanı

Yaponiya Trampın Trans-Sakit okean Ticarət Tərəfdaşlığına dair müqavilədən çıxmaq haqda qərarın, eləcə də "Amerika birincidir" strategiyasının Asiyaya mümkün təsirlərini narahatlıqla qarşılayıb.

Şinzo Abe ABŞ-da infrastruktura özəl və ictimai investisiyalar vasitəsilə yeni iş yerlərinin yaradılacağı birgə iqtisadi stimullaşdırma paketinin hazrlanacağına ümid bəslədiyini ifadə edib.

İki lider iki gün sürən danışıqlara cümə günü səhər Ağ Evdə başlayıb. Danışıqların iki ökənin liderinə uzun illərdir mövcud təhlükəsizlik müqaviləsi və iqtisadi əlaqələrin gücləndirilməsi üçün yeni imkanlar gətirəcəyi gözlənilir.

Ağ Evdə görüşdən sonra Tramp, Abe və onların xanımları həftə sonunu Trampın Florida ştatında Palm Biçdə Mar-a-Laqo malikanəsində keçirir.

Biz bölüşdüyümüz ümumi maraqların təşviq edilməsi üçün birgə işləyəcəyik...buraya naviqasiya azadlığı və Şimali Koreyanın raket və nüvə təhlükəsinə qarşı müdafiə daxildir. Biz bunların hər birini yüksək, olduqca yüksək prioritetlər hesab edirik.

İki gün sürəcək zirvə görüşü Trampın yanvarın 20-də ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlamasından sonra xarici ölkə lideri ilə ən uzun sürən görüşüdür. Bu, həm də Britaniyanın baş naziri Teresa Meyin iki həftə əvvəl Vaşinqtona səfərindən sonra Trampın xarici ölkə lideri ilə üz-üzə keçirdiyi ikinci görüşdür.

Tramp administrasiyası Şinzo Abenin Ağ Evə gəlməsindən əvvəl həftə sonu zirvə görüşü ilə bağlı müsbət ton nümayiş etdirərək bildirib ki, Tramp Yaponiyanın Şərqi Çin dənizində nüfuzunu təhlükə altına ala biləcək hər hansı birtərəfli bəyanata müqavimət göstərmək niyyətindədir.

Birgə mətbuat konfransında Tramp bu təəhhüdü bir daha dilə gətirərək, regionda təhlükəsizliyin vacibliyini vurğulayıb.

"Biz bölüşdüyümüz ümumi maraqların təşviq edilməsi üçün birgə işləyəcəyik...buraya naviqasiya azadlığı və Şimali Koreyanın raket və nüvə təhlükəsinə qarşı müdafiə daxildir. Biz bunların hər birini yüksək, olduqca yüksək prioritetlər hesab edirik"-deyə Tramp bildirib.

Trampın Yaponiyanın baş naziri ilə görüşü ABŞ-ın yeni administrasiyasının Asiyada daha ənənəvi siyasi yanaşma tərzini qəbul etdiyi bir zaman keçirilir. Bu siyasi kurs aylanslarla ittifaq və Çinlə əməkdaşlığı nəzərdə tutur.

XS
SM
MD
LG