Accessibility links

Trampın kabinetində daha iki yeni namizəd


ABŞ prezidenti seçilmiş Donald Tramp yeni administrasiyada daha iki vəzifəyə namizədləri göstərib. Yeni administrayada dövlət katibi vəzifəsinə isə namizəd hələ də seçilməyib.

Tramp Corciya ştatından konqresmen Tom Praysı Səhiyyə və Sosial Xidmətlər naziri vəzifəsinə seçib. Prays prezident Barak Obamanın həyata keçirdiyi səhiyyə islahatlarının qəti əleyhdarıdır. Onun Trampın səhiyyə qanunlarını dəyişdirmək səylərinə rəhbərlik edəcəyi gözlənilir.

Ortopediya mütəxəssisi olan Tom Prays altı müddətdir ABŞ Konqresində Corciya ştatınını təmsil edir.

Corciya konqresmeni Tom Prays
Corciya konqresmeni Tom Prays

Prezidentlik kampaniyası zamanı Tramp Obamanın səhiyyə islahlatlarını ləğv etməyə söz vermişdi. Tənqidçilər isə bunun iş yerlərində sığorta almayan amerikalılar üçün baha olacağını bildirmişdi. Lakin noyabrın 8-də prezident seçkilərinin ardınca Obama ilə görüşdən sonra prezident seçilmiş Tramp qanunun bəzi maddələrini qüvvədə saxlayacağını demişdir.

Trampın kabinetinə namizədləri arasında Tom Praysın yanvar ayında respublikaçıların kiçik üstünlüyə malik olacağı Senatda təsdiq olunacağı gözlənilir. Yeni Senatda demokratların lideri olacaq senator Çak Şumer dərhal Praysın namizədliyinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, Prays yaşlılar, qadınlar, ailələr və fiziki məhdudiyyətləri olan insanlar üçün proqramlar haqda amerikalıların bir çoxundan fərqli baxışlara malikdir.

Senator Mitç Makkonell həyat yoldaşı İleyn Çao ilə
Senator Mitç Makkonell həyat yoldaşı İleyn Çao ilə

Tramp eyni zamanda, uzun müddət respublikaçı rəsmi nümayəndə və keçmiş Əmək naziri olmuş İleyn Çaonu Nəqliyyat naziri vəzifəsinə seçib. Prezident Corc Buşun dövrü Əmk naziri olmuş Çao yeni prezidentin kabinetində Asiya mənşəli yeganə amerikalıdır. O, Senatda respublikaçıların lideri Mİtç Makkonnelin həyat yoldaşıdır. Onun Senatda asanlıqla bu vəzifəyə təsdiq ediləcəyi gözlənilir.

Tramp Amerikanın baş diplomatı vəzifəsinə namizəd seçməyə davam edir. O, bazar ertəsi günü Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və təqaüdə çıxmış odru generalı Deyvid Petreasla görüşüb və olduqca razı qaldığını bildirib. Lakin Petreasın Senatda təsdiqinin problemlə qarşılaşa biləcəyi gözlənilir. General 2012-ci ildə intim əlaqədə olduğu bioqrafına gizli məlumatların ötürülməsilə əlaqədar Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəsi vəzifəsindən istefa vermişdi.

Təqaüdə çıxmış ordu generalı Deyvid Petreas
Təqaüdə çıxmış ordu generalı Deyvid Petreas

Tramp çərşənbə axşamı daha bir mümkün namizədlə görüş keçirir. Bu, Tennessi senatoru, Xarici Əlaqələr Komitəsinin sədri Bob Krokerdir. Eyni zamanda, Tramp 2012-ci il seçkilərindən Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş Mitt Romni ilə ikinci dəfə görüşür. Dövlət katibi vəzifəsinə daha bir namizəd Nyu York şəhərinin keçmiş meri Rudi Culianidir.

Trampın bəzi müşavirləri onun Romniyə üstünlük verdiyini bildirir. Lakin Trampın kampaniyasının meneceri, hazırda onun müşaviri olan Kelian Konvey də daxil olmaqla, bəzi respublikaçılar Romni Trampın prezidentlik kampaniyası dövrü kəskin tənqidlərinə görə onun namizədliyinə qəti etiraz bildirir.

XS
SM
MD
LG