Accessibility links

ABŞ Prezidenti Donald Tramp altı ölkədən ABŞ-a səyahətlərə məhdudiyyət qoyan yeni sərəncam imzalayəb. Sərəncama əsasən üç ay müddətinə həmin bu ölkələrdən səyahətlərə üç aylıq, bütün qaçqınlara isə dörd aylıq qadağa tətbiq olunur. Federal hakimlıər oxşar sərəncamın icrasının qarşısını ötən ay almışdılar.

"Bu sərəncam milli təhlükəsizliyin gücləndirilməsi üçün atılan zəruri addımdır," deyə Dövlət Katibi Reks Tillerson mətbuat konfransında bəyan edib. “Amerika xalqını qorumaq prezidentin ümdə vəzifəsidir.”

Bu sərəncam milli təhlükəsizliyin gücləndirilməsi üçün atılan zəruri addımdır. Amerika xalqını qorumaq prezidentin ümdə vəzifəsidir.

Yeni sərəncama əvvəlki ölçüyə "müsəlman qadağası” kimi baxan tənqidçilərin necə münasibət bəsləyəcəyi aydın deyil.

Yeni sərəncam əvvəlkindən bir neçə xüsusiyyəti ilə fərqlənir.

Nəzərə çarpan başlıca dəyişiklik İraqın bu siyahıdan xaric edilməsidir. Yeni sərəncam yalnız İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına tətbiq ediləcək.

Yeni sərəncamda izzət periodu da var. Belə ki, srərəncam dərhal yox, 16 martda qüvvəyə minəcək və 27 yanvardan öncə viza almış adamlara şamil olunmayacaq.

Prezident Trampın ilk səyahət qadağası aeroportlarda etirazlarla qarşılanmışdı.

Prezident Trampın ilk səyahət qadağası aeroportlarda etirazlarla qarşılanmışdı.

Hətta bu dəyişikliklərələ belə "müsəlmanların ABŞ-a girişinə total və tam qadağa"-ya səsləmiş Tramp kampaniyasının öz vədini qismən də olsa yerinə yetirdiyini düşünən qüvvələrin səfərbər olub-olmayacağına dair suallar qalır.

Amerika İslam Əlaqələri Şurası yaydığı bəyanatda yeni ölçünü “özəyində müsəlman qadağası” adlandırıb ki, bunu da bəyanat müəllifləri “ayriseçkiliyə yol açan və anti-konstitutsional” qərar hesab edir.

ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində müttəfiq olan İraq siyahıdan Reks Tillersonun İraq hökuməti ilə danışıqlarından sonra çıxarılıb. Həmin söhbətdə razılığa gəlinib ki, İraq vətəndaşları ilə bağlı yoxlama sistemi kifayət qədər mükəmməldir və əlavə qadağalara ehtiyac yoxdur.

Tramp bazar ertəsi Ağ Evdə sərəncamı imzaladıqdan sonra Tillerson, Baş Prokuror Ceff Seşşons və Daxili Təhlükəsizlik Naziri Con Kelli yeni sərəncamı müxbirlər qarşısına açıqlayıblar. Nazirlər müxbirlərin suallarını cavablandırmayıb.

XS
SM
MD
LG